Şağandakı Reabilitasiya Pansionatı bu ilin sonunadək istifadəyə veriləcək
Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsi məlumat yayıb.
“Burada kompleks tibbi-sosial reabilitasiya xidmətlərinin göstərilməsi üçün yüksək standartlar səviyyəsində şərait yaradılır. Müəssisə müasir avadanlıqlarla, tibbi-reabilitasiya əhəmiyyətli aparat və cihazlarla da təmin olunacaq”, - deyə nazirlikdən bildirilib.
Gələn ay istifadəyə verilməsi planlaşdırılan 250 çarpayılıq müəssisədə il ərzində 7 mindən çox əlilliyi olan şəxsə stasionar və ambulator şəraitdə, fizioterapevtik müalicə üsulları əsasında reabilitasiya xidmətləri göstəriləcək.