Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

Dövlətin himyəsində yaşayan qoca və uşaqların sayı açıqlandı

28.06.2025 21:05 654
Dövlətin himyəsində yaşayan qoca və uşaqların sayı açıqlandı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sosial Xidmətlər Agentliyinə məxsus xidmət müəssisələrində yüzlərlə ahıl və uşaq dövlət qayğısı ilə əhatə olunub.

Bu barədə Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Murad Həşimov Modern.az-a açıqlaması zamanı məlumat verib.

Qurum rəsmisi bildirib ki, hazırda ahıl şəxslər üçün nəzərdə tutulan sosial xidmət müəssisəsində 226 nəfər ahıl şəxsə xidmət göstərilir:

"Müəssisəyə qəbul olunan ahıl şəxslər gündəlik olaraq yeməklə, yaşayış yeri ilə təmin edilir və onların sosial ehtiyaclarına uyğun xidmətlər göstərilir. Burada onların yaşayışı üçün bütün lazımi şərait yaradılıb”.

Bununla yanaşı, agentliyinin tabeliyindəki uşaq evi sosial xidmət müəssisələrində 444 nəfər uşağa da xidmət göstərilir:

"Uşaqlar gündəlik olaraq qida normalarına uyğun yeməklə, yaşayış yeri və geyimlə təmin olunurlar. Həmçinin onların asudə vaxtlarının səmərəli təşkili məqsədilə müxtəlif tədbirlər də həyata keçirilir”.

M.Həşimov son olaraq onu da qeyd edib ki, bütün bu müəssisələrdə göstərilən xidmətlərdə əsas məqsəd əhalinin həssas təbəqələrinin sosial rifahının yüksəldilməsinə xidmət edir.скачать dle 11.3

Son xəbərlər