Mojo.az Banner
23:00 Korrupsiya barədə məlumat verən şəxslər hansı hüquqlara sahib olacaq? - AÇIQLAMA  |     22:52 Arbeloa cərimələndi  |     22:45 Bu mənzillərin kirayə qiymətləri artacaq - EKSPERTDƏN PROQNOZ  |     22:39 İstanbulda məktəblər bağlandı, motosikletlərə qadağa qoyuldu  |     22:32 Bakıya gələcək erməni əsilli nazir kimdir? - Dosye  |     22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |    
Mojo.az Avto
Mojo.az Avto

“Qocalar evi”ndə 30 ahıla peyvənd vurulmasından imtina edildi (SƏBƏB)

10.07.2021 21:06 930
“Qocalar evi”ndə 30 ahıla peyvənd vurulmasından imtina edildi (SƏBƏB)
Sosial Xidmətlər Agentliyinin "Qocalar evi" evi kimi tanınan Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri arasında bu günə qədər koronovirus xəstələyinə yoluxma halı qeydə alınmayıb.

Bunu Modern.az-ın sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov bildirib.

M.Həşimovun sözlərinə görə, pandemiya təhlükəsinin yarandığı ilk günlərdən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarları ilə ölkəmizdə qəbul edilən bütün qaydalar müəssisədə də tətbiq edilib:

"Burada çalışan işçilərin müəssisədən kənar mühitlə təmasları məhdudlaşdırılıb, uzunmüddətli növbəli sistem qurulub. Xüsusilə yaşlı insanların koronavirusa yoluxma riskinin yüksək olduğu nəzərə alınmaqla, müəssisədə dövlət himayəsində yaşayan yaşlı, ahıl vətəndaşların infeksiyadan qorunmasına Heydər Əliyev Fondu tərəfindən xüsusi diqqət yetirilib.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qaydalarının, sosial təcrid rejiminin burada tətbiq olunmasına zəruri təşkilati dəstək göstərilib.
Müəssisə Heydər Əliyev Fondu tərəfindən həmçinin mütəmadi olaraq dezinfeksiyaedici və digər zəruri vasitələrlə təmin edilib".

Şöbə müdiri deyib ki, ahıl şəxslər üçün sosial xidmət müəssisəsinin sakinləri koronavirus əleyhinə ilk peyvənd vurulan əhali qrupuna daxil olduğundan bu prosesə dərhal başlanılıb:

"Müəssisənin 139 sakininə birinci və ikinci doza peyvənd vurulub. Bununla yanaşı, 1 doza peyvənd edilən ahıllarımızın sayı 6-dır. Müəssisənin 30 sakinində əks göstərişlər aşkar olunduğu üçün peyvəndləmə aparılmayıb.

Onu da deyək ki, Ahıl şəxslər üçün sosial xidmət müəssisəsinə 6 nəfər yeni sakin qəbul edilib. Onlarda yaxın günlərdə peyvəndləmə prosesi həyata keçiriləcək".скачать dle 11.3
Mojo.az Banner