Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Zabux kəndində bir ton narkotik bitki məhv edilib

27.06.2025 18:05 732
Zabux kəndində bir ton narkotik bitki məhv edilib
Laçında 7 046 ədəd çətənə kolu məhv edilib.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaşxaş-2025" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Zabux kəndinin ərazisində yabanı halda olan narkotik tərkibli bitkilər aşkar edilib.

Ümumi çəkisi bir tondan artıq olan 7 046 ədəd çətənə kolu yandırılaraq məhv edilib.

Son xəbərlər