Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

48 yaşlı məmur iş yerində öldü

24.06.2025 22:46 627
48 yaşlı məmur iş yerində öldü
Azərbaycanda 48 yaşlı vəzifəli şəxs iş yerində ürək tutmasından vəfat edib.

Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə iyunun 24-də günorta saatlarında Bakının Nərimanov rayonu ərazisində - keçmiş məcburi köçkün rayonların icra hakimiyyətlərinin yerləşdiyi inzibati binada baş verib.

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının Cəbrayıl şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini, İcra Hakimiyyətinin Bakı şəhərindəki səlahiyyətli nümayəndəsi Ruhid Mehdiyevin iş yerində halı pisləşib. Hadisə yerinə təcili tibbi yardım çağırılıb. Lakin həkimlər gələnə qədər o, vəfat edib.

R.Mehdiyev əvvəllər iki dəfə ürək əməliyyatı keçiribmiş. Mərhum sabah dəfn olunacaq.

Qeyd edək ki, Mehdiyev Ruhid Qaçay oğlu 1977-ci ildə anadan olub. Əvvəllər Cəbrayıl Rayon Məhkəməsində çalışıb. Ailəli idi, iki övladı qalıb, biri 3-cü, digəri isə 9-cu sinifdə oxuyur.

Son xəbərlər