Mojo.az Banner
19:09 Biləcəridə çörək emalı müəssisəsində nöqsanlar aşkarlanıb - VİDEO  |     19:01 “Kəpəz”in kapitanı zədələndi  |     18:53 Vulkan püskürdü, jurnalistlər itkin düşdü  |     18:49 “Saqqalları qısaldın, çadranı yığışdırın” - Kadırov çağırış etdi  |     18:47 Sabah Bakıda yağış yağacaq  |     18:40 Bakıda motosiklet qaçırıldı  |     18:35 "Avropa Putinlə dialoqa hazırdır" - Vadeful  |     18:26 “Göydən daş yağır” – "Sac İnşaat"dan ŞİKAYƏT (VİDEO)  |     18:21 Arvadını doğrayaraq itlərə yedizdirdi, özü polisə təslim oldu  |     18:02 Paytaxtda 18 istiqamətdə sıxlıq var  |     17:51 İsmayıllıda toyda 30-dan çox şəxs NƏDƏN ZƏHƏRLƏNİB? - AÇIQLANDI  |     17:47 Azərbaycanda kursant VƏFAT ETDİ - FOTO  |     17:05 Kanat qurğusu niyə FHN-in nəzarət siyahısında olmayıb? – RƏSMİ CAVAB  |     16:09 Yevlaxda arxlar daşıb, həyətləri çirkab sular basıb - VİDEO  |     16:01 Kanat faciəsinin qarşısını necə almaq olardı? – Troslarla bağlı VACİB MƏQAMLAR  |     15:56 Xalq artisti Aleksandr Şarovski dəfn edilib  |     15:55 Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə taxıl göndəriləcək  |     15:35 Gəncədə keçmiş kollec direktorlarına cinayət işi açıldı - FOTO  |     15:33 Gələcək 5-10 ili düşünmədən ixtisas seçməyin – XƏBƏRDARLIQ  |     15:30 Naxçıvanda dəmir yolu xətlərinin bərpasına başlanılıb  |    
Left Banner
Right Banner

Bakıda 10-cu sinif şagirdi tanımadığı şəxsi bıçaqladı

23.06.2025 12:10 1 182
Bakıda 10-cu sinif şagirdi tanımadığı şəxsi bıçaqladı
Bakıda 10-cu sinif şagirdi avtobus dayanacağında tanımadığı şəxsi bıçaqlayıb.

Hadisə paytaxtın Sabunçu rayonu, Zabrat qəsəbəsi ərazisində baş verib.

2008-ci il təvəllüdlü, 10-cu sinif şagirdi R.N. Zabrat qəsəbəsi, Zabrat-Kürdəxanı yolunda yerləşən marketin qarşısında söyüş söyüb. Həmin vaxt dayanacaqda olan Cavid adlı şəxs ona söyüş söyməməyi xahiş edib və nəticədə R.N. onunla mübahisə edib. Bu vaxt yeniyetmənin dayısı həmin ərazidə olub, mübahisəyə görə Caviddən üzr istəyib.

Hadisədən sonra R.N. kəsici-deşici alətlə silahlanaraq hər gün həmin dayanacağa gələrək Cavidi gözləyib.

Bir gün Cavid dayanacaqda telefonla danışarkən yeniyetmə arxa tərəfdən yaxınlaşaraq ona ayağından bıçaq zərbəsi endirib.

Yaralı xəstəxanaya yerləşdirilib və əməliyyat olunub.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində R.N. saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb və iş məhkəməyə göndərilib.

Məhkəmənin hökmü ilə R.N. 2 il azadlıqdan məhrum edilib. Məhkəmə ona Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq edərək 1 il 6 ay şərti cəza verib.
//oxu.azскачать dle 11.3
Mojo.az Banner