Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

İran XİN: "Tehran uranın dinc məqsədlərlə zənginləşdirilməsini davam etdirəcək"

23.06.2025 11:29 972
İran XİN:
"İran uranın dinc məqsədlərlə zənginləşdirilməsindən imtina etmək niyyətində deyil və "Nüvə silahının yayılmaması haqqında" müqavilə çərçivəsində üzərinə götürdüyü öhdəliklərə sadiq qalaraq bu prosesi davam etdirəcək. Digər dövlətlərin bu məsələdə Tehrana məhdudiyyət qoymaq hüququ yoxdur".

Bu barədə İran xarici işlər nazirinin müavini Məcid Təxt-Ravançi Almaniyanın ARD telekanalına verdiyi açıqlamada bildirib.

O qeyd edib ki, Tehran "Nüvə silahının yayılmaması haqqında" müqavilənin vicdanlı iştirakçısıdır.

"Bu müqaviləyə əsasən, biz uranı ölkəmizin rifahı naminə dinc məqsədlərlə zənginləşdiririk. Biz bu müqavilənin çərçivəsindəki öhdəliklərimizə əməl etdiyimiz müddətcə heç kim bizə nə etməli olduğumuzu diktə edə bilməz", - deyə Təxt-Ravançi vurğulayıb.

Qeyd edək ki, İran ABŞ tərəfindən endirilən zərbədən sonra Fordo nüvə obyektindəki sentrifuqaların və yeraltı kaskad zallarının əksəriyyətinin zədələnmədiyini hesab edir. Bununla belə, obyektə İranlı mütəxəssislər şəxsən baxış keçirdikdən sonra ziyanın dəqiq miqyası müəyyən ediləcək.скачать dle 11.3

Son xəbərlər