Mojo.az Banner
23:02 Torpaq sürüşməsi kəndlərlə əlaqəni kəsdi - Video  |     22:57 Bakıda 17, rayonlarda 23 dərəcə isti olacaq  |     22:49 Turizm Agentliyində kütləvi ixtisar: 30-dan çox əməkdaş işdən çıxarılıb?  |     22:43 Analitiklərdən ən çox tələb olunan metallardan biri ilə bağlı xəbərdarlıq  |     22:38 Tbilisidə Heydər Əliyev Mərkəzi tikilir  |     22:32 Rumıniyalı məşqçi Mirça Luçesku vəfat edib  |     22:25 Bu məşhurlar sərbəst buraxıldı  |     22:20 Amerikalı reperin Böyük Britaniyaya girişi qadağan edildi  |     22:13 BMT Hörmüzlə bağlı qətnaməni qəbul edə bilmədi  |     22:08 Kökündən qopan ağac hərəkətə mane oldu - Video  |     22:00 Biləsuvarda məktəblərin birləşdirilməsi ciddi narazılıq yaratdı - Vido  |     21:55 DTX-nin həbs etdiyi, terroru maliyyələşdirmədə təqsirləndirilən şəxsə hökm oxundu  |     21:46 Azərbaycanlı bloqer Moskvada mənzillərini peçenyeyə satıb  |     21:38 Dağıstandakı daşqınlar nəticəsində altı nəfər ölüb  |     21:33 Yermek Koşerbayev Azərbaycana səfər edəcək  |     21:26 Tiktoker "Roşka"nın videogörüntüləri ilə bağlı müəmma: Dövlət ittihamçısı dəyişdirildi  |     21:20 Niderlandda benzinin qiyməti rekord həddə çatdı  |     21:12 Alimlər dünyanın bütün dillərini idarə edən gizli qaydaları kəşf etdi  |     21:05 AzTV-nin “Sabah”, “Telefilm” və “Kino” studiyaları birləşdiriləcək  |     20:57 6 saylı cəzaçəkmə müəssisəsində yanğın olub: İki nazirlik birgə məlumat yaydı  |    
Left Banner
Right Banner

İmişlidəki hadisələrə görə tutulan 14 nəfərin cinayət işləri üzrə növbəti məhkəmə prosesi keçirilib

18.06.2025 21:36 792
İmişlidəki hadisələrə görə tutulan 14 nəfərin cinayət işləri üzrə növbəti məhkəmə prosesi keçirilib
İmişlidəki hadisələrə görə tutulan 14 nəfərin cinayət işləri üzrə növbəti məhkəmə prosesi keçirilib.

Prosesdə zərərçəkmiş tərəfin nümayəndəsinin ifadəsi dinlənilib. Həmçinin şahidlər dindirilib və sənədlər elan olunub.

Növbəti proses iyulun 3-nə təyin edilib.

Xatırladaq ki, yanvarın 18-də İmişlidə Dövlət Yol Polisi avtomobilinin iştirakı ilə ölümlə nəticələnən yol qəzası baş verib. Belə ki, ərazidə xidmət aparan yol polisi avtomobilinin qarşısına qəflətən digər avtomobil çıxıb və qəza nəticəsində yol kənarında olan 3 məktəbli dünyasını dəyişib.

İstintaqla müəyyən olunub ki, İmişli rayon sakini, 2008-ci il təvəllüdlü Bəylər Bayramlı qohumuna məxsus olan avtomobili qanunsuz ələ keçirməklə qaçıraraq, sürücülük hüququ olmadan idarə edib yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki şəxsin ölümünə, bir şəxsin isə sağlamlığına ağır zərər vurulmasına səbəb olub. Daha sonra qəzada xəsarət alan uşaqlardan biri də Bakıda müalicə olunduğu klinikada vəfat edib.

Həmçinin ittihama görə o, idarə etdiyi avtomobili qəzanın baş verdiyi yerdə saxlayaraq hadisə yerindən qaçıb.

Bəylər Bayramlı Cinayət Məcəlləsinin 185.1 (talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmə), 263-1.4 (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma ehtiyatsızlıqdan iki şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub və barəsində həbs qətimkan tədbiri seçilib.

Hadisədən sonra qəzaya səbəb olan avtomobili idarə edən şəxs, eləcə də qəzaya düşən Yol Patrul Xidməti avtomobilinə zərər vuraraq hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslər saxlanılıblar.

Məhkəmənin qərarı ilə saxlanılan 14 nəfər (Bayramlı Bəylər, Babayev Rasif, Cabbarlı Anar, Usublu Vüqar, Səfərov Şamil, İbrahimov Elman, Bağırov Abbas, Məmmədov Taleh, Tağıyev Raqib, Məmmədov Qoşqar, Əliyev Sənan, Əzimov Elxan, Quliyev Ruslan, Rzayev Rahib) barələrində həbs qətimkan tədbiri seçilib.

Qəzaya düşən Yol Patrul Xidməti avtomobilinə zərər vuraraq hadisə yerində hüquq pozuntusu törətməyə cəhd göstərən şəxslərə Cinayət Məcəlləsinin 221.2.1. (Xuliqanlıq - bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib.скачать dle 11.3
Mojo.az Banner