Mojo.az — elanlar
RU
Son Xəbərlər
23:30 35 il həbsi istənilən "Cəhənnəm Necati"nin məhkəməsində hökm oxundu  |     22:42 Hande Erçel 24 saata bu qədər qazanır – Reklam qiyməti müzakirə yaratdı  |     22:34 Neftin qiyməti 117 dollara yaxınlaşdı – Yarım ilin rekordu yeniləndi  |     22:29 Bu bürclər diqqətli olsun: Sabah gözlənilməz hadisələr yaşanacaq  |     22:21 Ermənilər Azərbaycanla sərhəddə qanunsuz ağac kəsir  |     22:16 Sumqayıtda avtomobil piyadaları vurub, daha sonra yanıb  |     22:08 Şagirdlər ev tapşırığını "ChatGPT"yə yazdırır - Təhsildə yeni təhlükə  |     22:02 Qızıl bu həddə qədər ucuzlaşacaq - PROQNOZ  |     21:57 Çernobıl qəzasından 40 il sonra: Radioaktiv hissəciklər hələ də dağılmayıb  |     21:50 Kvant fizikası sahəsində irəliləyiş: Superkeçiricilərin hazırlanması sürətlənə bilər  |     21:42 2 milyon insanın yaşadığı ərazidəki vulkanın altında qeyri-adi aktivlik aşkarlandı  |     21:37 Bakı və Abşeronda leysan yağacaq, şimşək çaxacaq  |     21:30 Pensiyaların azalacağı barədə iddialara iqtisadçıdan cavab  |     21:24 2026-cı ilin payızında üst geyimlərində ən populyar rənglər  |     21:15 İstanbulda holdinq rəhbəri həbs edildi  |     21:10 26 yaşlı MMA döyüşçüsü silahlı atışmada öldü  |     21:03 Narkotik qalmaqalından sonra Nəvai qonorarını artırdı  |     20:51 Bakıda FIFA U-15 dünya çempionatı start götürüb - YENİLƏNİB  |     20:49 İlham Əliyev Azərbaycan-Timor-Leste yığmalarının oyununu izləyir  |     20:48 Goranboyda yolu keçmək istəyən kişi avtomobilin altında qaldı  |    
Mojo.az Avto
Mojo.az Avto

Qazaxıstan İrandan 109 vətəndaşını Azərbaycan və Türkmənistan vasitəsilə təxliyə edib

18.06.2025 21:13 1 056
Qazaxıstan İrandan 109 vətəndaşını Azərbaycan və Türkmənistan vasitəsilə təxliyə edib
Qazaxıstan İrandakı vətəndaşlarını, o cümlədən 20 nəfəri Azərbaycan ərazisindən təxliyə edib.

Bu barədə “Report”un Qazaxıstan bürosu ölkənin Xarici İşlər Nazirliyinə istinadən bildirib.

"Qazaxıstanın Xarici İşlər Nazirliyi, müvafiq dövlət orqanları və xaricdəki diplomatik nümayəndəliklərinin uzlaşdırılmış işi və yüksək səviyyəli qarşılıqlı fəaliyyəti sayəsində 109 qazaxıstanlının təxliyəsi təmin edilib", - XİN-dən bildirilib.

Qeyd olunub ki, təxliyə Türkmənistan (89 nəfər) və Azərbaycan (20 nəfər) ərazilərindən tranzitlə həyata keçirilib.

"Təxliyə olunanlara konsulluq və hüquqi yardım göstərilib, ölkələrinə qayıtmaları üçün zəruri şərait yaradılıb", - bəyanatda deyilir.

Xarici İşlər Nazirliyi həmçinin qazaxıstanlıların bütün marşrut boyunca təhlükəsiz və vaxtında hərəkətinin təmin edilməsində mühüm rol oynayan İran, Türkmənistan və Azərbaycan hökumətlərinin göstərdiyi yardıma və konstruktiv qarşılıqlı fəaliyyətinə görə minnətdarlığını bildirir.

Son xəbərlər