Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Mingəçevirdə iki gənc bıçaqlandı

16.06.2025 12:06 1 110
Mingəçevirdə iki gənc bıçaqlandı
Mingəçevirdə bıçaqlanma hadisəsi olub.

Median.Az
"Unikal"a istinadən xəbər verir ki, hadisə şəhərin Sağ sahil adlandırılan hissəsində baş verib.

Hələ ki, mahiyyəti tam məlum olmayan mübahisə nəticəsində 20 yaşlı Sadiq Babayev və 22 yaşlı Əli Hacıyev Turxan Beybutov adlı şəxs tərəfindən bıçaqlanıblar. Hadisə zamanı T.Beybutov da yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili xəstəxanaya çatdırılıblar.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, baş verən hadisə və qeydə alınan xəsarətlərlə bağlı müvafiq ekspertiza təyin olunub.

Faktla bağlı istintaq araşdırmaları aparılır.

Son xəbərlər