Mojo.az Banner
Son Xəbərlər
21:18 Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"  |     21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |     17:33 Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi  |     17:30 Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi  |     17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |     16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |    
Mojo.az Avto
Mojo.az Avto

Marketlərdə bu pulların qəbulu DAYANDIRILDI

14.06.2025 22:44 741
Marketlərdə bu pulların qəbulu DAYANDIRILDI
Gündəlik alış-veriş zamanı bir çox vətəndaşın qarşılaşdığı problemlərdən biri də zədələnmiş və ya köhnəlmiş əskinaslarla bağlıdır. Kağız pulların sürətlə cırılması, əzilməsi və ya digər fiziki zədələrə məruz qalması həm alıcıları, həm də satıcıları çətin vəziyyətdə qoyur. Xüsusilə kiçik nominallı əskinasların tez bir zamanda dövriyyədən çıxması onların istifadəsini çətinləşdirir. Lakin məsələnin daha ciddi tərəfi – 50 manat və ya daha yüksək dəyərli zədələnmiş əskinasların aqibətidir. Bu hallarda vətəndaşlar həmin pulların dəyişdirilməsi və ya qəbul edilməsi ilə bağlı aydın mexanizmlərə ehtiyac duyurlar.

Bəs belə hallarda nə etmək lazımdır?

Median.Az xəbər verir ki, məsələ ilə bağlı danışan iqtisadçı Xalid Kərimli "News24.az"a bildirib ki, Azərbaycan Respublikasının qanunvericiliyinə görə, Mərkəzi Bank bəzi şərtlərlə zədələnmiş əskinasların dəyişdirilməsini təmin edir:

"Market və ya bank zədələnmiş pulu qəbul etməyə bilər, lakin AMB bu vəzifəni üzərinə götürür. Market də, bank da pulu götürməyə bilər, amma Mərkəzi Bank götürür. AMB-nın nəğd pul ofisi var. Əgər pulun bir tərəfi tam olaraq saxlanılıbsa, pulun 60 faizi qalırsa və seriya nömrəsi varsa, pul dəyişdirilir. Yox əgər pul müxtəlif hissələrə bölünübsə, hər iki seriya nömrəsinin olması vacibdir”.

İqtisadçı qeyd edib ki, zədələnmiş əskinasın dəyişdirilməsi üçün bir neçə əsas şərt mövcuddur:

"Bunlardan bəziləri, əskinasın ən azı 60 faizi qorunub saxlanmalıdır, seriya nömrəsi görünən vəziyyətdə olmalıdır, pul bütöv olmasa, hissələrdə hər iki seriya nömrəsi olmalıdır.Mərkəzi Bankın rəsmi məlumatlarına görə, vətəndaşlar belə əskinaslarla AMB-nın nəğd pul ofisinə müraciət edərək onların dəyişdirilməsini tələb edə bilərlər. Bu xidmət ödənişsiz şəkildə həyata keçirilir".

Qeyd edək ki, bu qaydalar həm milli valyuta olan manatlara, həm də bəzi hallarda Mərkəzi Bankın qəbul etdiyi xarici valyutalara şamil oluna bilər. Əlavə məlumat və dəqiq təlimatlar üçün vətəndaşlara Azərbaycan Mərkəzi Bankının rəsmi internet səhifəsinə və ya müvafiq nəğd pul ofislərinə müraciət etmələri tövsiyə olunur.скачать dle 11.3

Son xəbərlər