Mojo.az Banner
22:01 "Barni Kids" və rəhbəri cərimələndi: Səbəb nədir?  |     21:55 Xankəndidə restoranın qarşısında dava-dalaş - 2 gənc həbs edildi  |     21:50 Azərbaycanda bəzi təşkilatların hesablarına kiberhücum olub  |     21:42 Prezident təqaüdçüləri ailə qurur  |     21:36 Universitetdə təmir işləri görərkən qəfil öldü  |     21:31 Heyvan kəsimində baytarlıq nəzarəti niyə vacibdir? - VİDEO  |     21:24 Qaradağda oğurluq edən şəxs saxlanıldı  |     21:19 İrəvana uçmalı olan təyyarə yararsız imiş  |     21:11 Avtobus və taksi ilə daşınan sərnişinlərin sayı artıb  |     21:04 Göyçayda narkotiklərin satışı ilə məşğul olan şəxslər tutuldu  |     20:58 “Sevgi evi”nin sahibi yenidən həbs olundu  |     20:51 Rəmişin Qarabağ qazisi olan qardaşı vəfat etdi - FOTO  |     20:46 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |     20:41 Sabah hava necə olacaq?  |     20:36 Bu içkilər mədə xərçəngi riskini artırır  |     20:22 Azərbaycan bu il nə qədər qızıl ixrac edib? - İqtisadçı açıqladı  |     20:14 Uşaqları əlindən alınan ana övladlarına qovuşdu  |     20:09 "Xalq 11" lizinq şirkəti vətəndaşdan xəbərsiz avtomobilləri satışa çıxardı - VİDEO  |     20:01 Azərbaycan Bolqarıstana pomidor tədarük etməyə başlayıb  |     19:56 Yevlax Gigiyena və Epidemiologiya Mərkəzində işçinin maaşı yarıbayarı kəsildi - Video  |    
Left Banner
Right Banner

Levon Mnatsakanyan: "Arayik Arutyunyanın istəyi ilə Hadrut və Suqovuşan istiqamətlərində olmuşam"

13.06.2025 16:50 879
Levon Mnatsakanyan:
İyunun 13-də Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxs Levon Mnatsakanyan prokurorun suallarını cavablandırarkən 2020-ci ildə 44 günlük müharibə zamanı qondarma qurumun "prezident"i Arayik Arutyunyanın istəyi ilə bir neçə istiqamətdə olduğunu bildirib.

O, həmin vaxt heç bir vəzifə tutmadığını, təqaüddə olduğunu söyləyib.

A.Arutyunyan ona iki dəfə - oktyabrın 14-də və noyabrın 3-də, yaxud 4-də (dəqiq günü xatırlamır - red.) müraciət edərək təhlükəsizlik, mülki müdafiə işləri ilə əlaqədar yerli "hakimiyyət orqanları"na kömək etməyi və artilleriyanın vəziyyətini yoxlamağı tapşırıb. L.Mnatsakanyan da öz növbəsində qeyd olunanlarla bağlı Hadrut, Suqovuşan və digər istiqamətlərdə olub.

Bu zaman məhkəmədə növbəti sübut tədqiq olunub. 44 günlük müharibə zamanı çəkilmiş videokadrlarda Şuşakənddə məktəbin sinif otağında hərbi müşavirə keçirildiyi görünür.

Videokadrlarda Levon Mnatsakanyan da görünür.

Müşavirəni Samvel Babayan (qondarma rejimin keçmiş "müdafiə naziri", keçmiş "təhlükəsizlik şurasının katibi" - red.) keçirir. Videokadrlarda Azərbaycan hərbçilərinə qarşı hücum müzakirə edilir. Samvel Babayan bildirir ki, "orada xəritədə minalanmış sahə var, həmin o minalanmış sahə ilə keçməyin, partlayar". O, daha sonra deyir: "Sığnağın altı ilə oradan bura kilsə tərəf 1-1.5 kilometrdir. Oradan "karyer"lə yol var. Həmin yol bağlanmalıdır. Deməli, tapşırıq düşməni Şuşada mühasirəyə almaqdır. Bizim sabahkı fəaliyyətimiz bütün Qarabağın taleyini həll edəcək. Qarabağın taleyi bizim sabahkı fəaliyyətimizdən asılıdır. Qarabağın taleyi asılıdır. Nə dediyimi başa düşürsünüz...

...Kim hansı tapşırığı alırsa, o tapşırığı da icra etməlidir. Yəni ki, biz düşmənin arxa yolunu, çıxışını bağlamalıyıq. Bizə lazım olan mövqeləri sürətli şəkildə tutmalıyıq. Səhər saat 6-da biz orada oluruq. Heç kim geçikmir. Otururuq bir saat nəzarət edirik, baxırıq. Saat 7-də artıq yarılma başlayır. Artilleriya təxminən 15 dəqiqə işləyir. Çünki biz hücuma keçəcəyik. Bir-birimizi başa düşdük, bir-birimizi tapa biləcəyik? Telefonları, hər şeyi bir-birinizə vermisiniz?".

Sübutun tədqiqindən sonra Levon Mnatsakanyan prokurorun suallarını cavablandırarkən müşavirədəki müzakirələrdə iştirak etmədiyini iddia edib, səhəri günə planlaşdırılan hücumun baş tutmadığını bildirib.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan vətəndaşlarının məhkəməsi davam etdirilir.скачать dle 11.3
Mojo.az Banner