Mojo.az Banner
20:42 Tramp: "Ərdoğana böyük hörmət bəsləyirəm"  |     19:29 Gömrük nəzarətindən gizlədilən külli miqdarda dərman vasitələri aşkar edilib  |     19:18 Sibiqa Mirzoyanı Ukraynaya səfərə dəvət edib  |     18:48 Zelenski: Kiyevə raket hücumu barədə xəbərdarlıq almadıq  |     18:38 Qanunsuz silahlı birləşmələrə qoşulmaqda ittiham olunanlara hökm oxundu  |     18:29 QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var  |     18:18 TikTok-da yeni funksiya  |     18:08 Evin qiymətini özbaşına artıran "makler"ləri hansı cəza gözləyir?  |     17:58 Qaradağda məktəb direktorunun avtomobilini yandıran şəxs həbs edildi  |     17:48 Şavkat Mirziyoyev sabah Azərbaycana gələcək  |     17:40 Tacikistanda zəlzələ oldu  |     17:32 Zakir Həsənov Kambocanın Baş naziri ilə görüşüb  |     17:18 Allahşükür Paşazadə: Vahid məktəbli forması məsələsində hicab qadağası yoxdur  |     17:04 Məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanıldı - FOTO  |     16:59 65 mindən çox uşaq vaksinasiya olunub  |     16:52 Ermənistanda saxlanılan hərbçimizin heç kimə zərər vermək niyyəti olmayıb  |     16:48 AFFA "Neftçi"ni 5000 manat cərimələdi  |     16:41 Dünyada hər 7 nəfərdən birində psixi problem var  |     16:36 Dəhşətli qəzadan əvvəl dəfələrlə video paylaşıbmışlar  |     16:30 Cinayətdə şübhəli bilinən 40 nəfər saxlanıldı  |    
Mojo.az Avto
Mojo.az Avto

QUR "Rusiya günü"ndə Sibirin ən böyük provayderlərindən birini çökdürdü

12.06.2025 21:17 834
QUR
Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin (QUR) kiberspesialistləri kiberaktivistlərin dəstəyi ilə uğurlu əməliyyat həyata keçirərək Sibirin ən iri internet-provayderlərindən biri olan "Orion Telekom”un fəaliyyətini iflic ediblər.

UNİAN-a danışan xüsusi xidmət orqanlarındakı mənbənin sözlərinə görə, bu provayderin şəbəkələrindən Rusiya güc strukturları Ukraynaya qarşı təcavüz əməliyyatları üçün fəal istifadə edir. "Orion Telekom”un yeganə provayder olduğu və uran hasilatı ilə məşğul olan qapalı bir şəhər rabitəsiz qalıb.

Mənbənin bildirdiyinə görə, elə səhər saatlarından etibarən Krasnoyarsk, İrkutsk, Bratsk və Abakan şəhərlərinin yerli sosial şəbəkə səhifələrində internet və televiziya xidmətlərinin kəsilməsi ilə bağlı narazılıqlar yayılıb. Yerli teleqram qruplarında internet-provayderə guya ukraynalı hakerlər tərəfindən göndərilmiş məktub dolaşır.

"Bayramınız mübarək, hörmətsiz ruslar, tezliklə daş dövründə yaşayacaqsınız və biz sizə kömək edəcəyik. Ukraynaya eşq olsun!” – deyə "BO Team” haker qrupunun adından imzalanmış məktubda qeyd olunub.

Şirkət də texniki nasazlıqların DDoS hücumu ilə əlaqəli olduğunu təsdiqləyib. İnternetin günün sonunadək bərpa olunacağı vəd edilib.

Kəşfiyyat mənbələrindən əldə olunan məlumata əsasən, kibertəhlükəsizlik əməliyyatı nəticəsində 370 server və təxminən 500 şəbəkə kommutatoru sıradan çıxarılıb, həmçinin ehtiyat nüsxələr (backup) silinib. Bu isə provayderin işini tez bir zamanda bərpa etməsinə imkan verməyəcək.

Eyni zamanda "Rusiya Dəmir Yolları” da kibermüdaxilədən şikayətlənib.

"Vebsaytımız və mobil tətbiqimiz DDoS hücumuna məruz qalıb. Gün ərzində fasilələr ola bilər. Mütəxəssislərimiz saytı və tətbiqi bərpa etmək üçün çalışırlar”, deyə bu dövlət şirkətinin Teleqram kanalında qeyd olunub.
//qaynar.azскачать dle 11.3
Mojo.az Banner