Mojo.az Banner
22:27 Ən qənaətcil 3 bürc - Hər qəpiyin qədrini bilirlər  |     22:18 Reper Navai narkotik aldığını etiraf edib (Yenilənib)  |     22:13 Bakıda minik avtomobili atla toqquşdu - Video  |     22:00 Qətər əmiri Azərbaycana səfərə gəlib - Foto  |     21:53 Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi  |     21:48 Mingəçevirdə ASAN Xidmətə işə düzəltmək adı ilə 2 min manat alıb  |     21:40 İşə düzəltmək və sürücülük vəsiqəsi almaq vədi ilə 3 200 manatlıq dələduzluq  |     21:35 Antakyada əməliyyat: Azərbaycanlı qadın deportasiya edildi  |     21:28 Formula-1 33 ildən sonra Afrikaya qayıdacaq: Yarış nə vaxt və harada keçiriləcək?  |     21:23 Ordumuzun ilk qadın snayperi vəfat etdi  |     21:15 “Təxribatlara uymayaq, əzizlərim!” - Röya  |     21:10 Daha bir dövlət müəssisəsi ləğv edildi  |     21:04 “Barselona” tarixi rekordu təkrarladı  |     21:04 Konteyner gəmisi minaya düşərək batdı  |     20:58 Uyğunsuzluq aşkarlanan bioloji aktiv qida məhsulu məhv edildi  |     20:56 Bakı-Qazax yolunda qəza - 6 nəfər xəsarət aldı  |     20:49 İranın "Səhər" kanalının dezinformasiyası ifşa edildi  |     20:41 Bu istiqamətə əlavə qatar reysləri təyin edildi  |     20:36 Sabah 29 dərəcə isti olacaq  |     20:29 Kartdan-karta köçürmələrdə yeni komissiyalar: Vətəndaşları nə gözləyir? (AÇIQLAMA)  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi - 202 minlik iddia

12.06.2025 20:45 594
Bakıda rejissor 60 yaşlı sürücünün burnunu sındırdı, həbs edildi - 202 minlik iddia
Bakıda 30 yaşlı rejissor Kamran Hüseynov (soyad şərtidir) 60 yaşlı sürücünü döydüyü üçün həbs olunub.

Qaynarinfonun məlumatına görə, 1995-ci il təvəllüdlü Kamran Hüseynov barəsində Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1 (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb və məhkəmə icraatına verilib.

İstintaqla müəyyən olunub ki, hadisə Nərimanov rayonu, M.F.Axundzadə 41/47 ünvanında baş verib. Kamran Hüseynov bir qadının azyaşlı övladı ilə yolu keçdiyini, bu zaman "Mitsubishi Pajero" markalı avtomobilin onlara yaxınlaşdığını, sürücünün isə telefondan istifadə etdiyini görüb. Qadın sürücüyə irad bildirərək ərazidən uzaqlaşıb.

Hadisədən sonra Kamran avtomobilə yaxınlaşaraq sürücüyə "Korsan, uşağın gəldiyini görmürsən? Sürə bilmirsənsə, sürmə" deyə irad bildirib. 1965-ci il təvəllüdlü sürücü Elxan isə "Gələnlərin hamısını görürəm, buna görə avtomobili saxladım. Oğlum yaşındasan, niyə mənimlə belə danışırsan?" cavabını verib. Bu sözlərdən sonra Kamran əsəbləşərək Elxanı sifət nahiyəsindən vurub və onun burnunu sındırıb.

Zərərçəkmiş şəxs mülki iddia ərizəsi ilə çıxış edərək maddi ziyana görə 2.630 manat, mənəvi ziyana görə isə 200.000 manat, ümumilikdə 202.630 manat təzminat tələb edib.

Məhkəmənin hökmü ilə Kamran Hüseynova 1 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib.

Qeyd edək ki, Kamran Hüseynov əvvəllər fəaliyyətini dayandırmış "Lider TV" və digər televiziya kanallarında rejissor kimi çalışıb.скачать dle 11.3
Mojo.az Banner