Sumqayıt şəhərində silah-sursat aşkar olunub.
Hadisə şəhərin "Xəzər bağları" massivində qeydə alınıb.
Ərazidən 1 ədəd "AKS-47" markalı 7,62 kalibirli avtomat silahı, həmin silaha məxsus 1 ədəd daraq və 17 ədəd patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.