Mojo.az Banner
23:01 Tarixin ən fəlakətli ili məlum oldu  |     22:54 Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?  |     22:51 Azərbaycan Ordusu ilə bağlı saxta video yayılıb  |     22:50 Oman sahilləri yaxınlığında tankerə hücum edilib  |     22:22 Yuxuda qızıl tapmaq nə deməkdir?  |     22:17 Polis 1 tondan çox çətənə kolunu məhv etdi  |     22:12 Britaniyada "Harri Potter" filmindəki qatara görə parovozlar qadağan edildi  |     22:06 Maştağada 52 yaşlı kişinin meyiti tapıldı  |     22:00 "Bəxt quşu" 4 BÜRCÜN çiyninə qonacaq  |     21:52 Gəncədə sərnişin "BakuBus"dan yıxılaraq xəsarət alıb  |     21:46 İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?  |     21:41 Trampın sosial media paylaşımları pulla satılacaq  |     21:32 "Moody’s" SOCAR-ın reytinqini açıqladı  |     21:27 Konqoda Ebola virusundan ölənlərin sayı artır - Son rəqəmlər  |     21:19 Niyə toksik insanların çoxlu dostu olur? – SƏBƏBİ  |     21:13 İraqda Starlink rəsmi fəaliyyətə başlayır  |     21:00 Əhmədabad şəhərində güclü partlayış - Ölənlər var  |     20:53 Antonelli "Formula-1" üzrə Belçika Qran-prisinin təsnifat mərhələsinin qalibi olub  |     20:41 Gəncədə bir yaşlı uşaq xəstəxanada öldü  |     20:35 Qadınlarda kişilərdə olmayan genetik müdafiə mexanizmi aşkarlandı  |    
Left Banner
Right Banner

İlk 3 ayda Azərbaycan hava nəqliyyatından nə qədər qazanıb? - Rəqəmlər

03.06.2025 22:57 636
İlk 3 ayda Azərbaycan hava nəqliyyatından nə qədər qazanıb? - Rəqəmlər
2025-ci ilin yanvar-mart aylarında hava nəqliyyatı vasitəsilə 865,3 min sərnişin daşınıb.

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 53,2 min nəfər və ya 6,5% çoxdur. 2024-cü ilin ilk üç ayında isə hava nəqliyyatı ilə 812,1 min sərnişin daşınıb.

Ümumi sərnişinlərin 723,4 min nəfəri beynəlxalq, 141,9 min nəfəri isə daxili reyslərdən istifadə edib.

Cari ilin ilk üç ayında sərnişin dövriyyəsi 1785,1 milyon sərnişin-km təşkil edib. Bu göstəricinin 1674,1 milyon sərnişin-km hissəsi beynəlxalq, 111 milyon sərnişin-km hissəsi isə daxili reyslərin payına düşüb.

Sözügedən dövrdə hava nəqliyyatı sahəsində sərnişin daşımalarından əldə olunan gəlir 560 milyon 236,8 min manat olub. Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 162 milyon 820,5 min manat və ya 40,9% çoxdur. 2024-cü ilin ilk rübündə bu sahədən 397 milyon 416,3 min manat gəlir əldə olunmuşdu.

Əldə olunan ümumi gəlirin 538 milyon 017,7 min manatı beynəlxalq, 22 milyon 219,1 min manatı isə daxili reyslərdən daxil olub.
//valyuta.azскачать dle 11.3
Mojo.az Banner