Mojo.az Banner
22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |     21:32 Bakıda 23 yaşlı oğlan arvadını armaturla döydü - Kobud danışığa görə  |     21:26 Azərbaycanda nadir hadisə: Uşaq ananın qaraciyərindədir  |     21:18 Bakı İqlim Həftəsində 140-dan çox ölkədən 2 700 nümayəndə iştirak etdi  |     21:06 Bu bürclər üçün çətin dövr başlayır  |     20:52 Sinoptikdən anomal isti qış xəbərdarlığı  |     20:43 Hikmət Hacıyev: Kəlbəcər yenidən qurulur - VİDEO  |     20:30 İran və Oman arasında razılaşma Körfəz ölkələrinin XİN rəhbərlərinin iştirakı ilə elan olunacaq  |     20:21 Quba-Xınalıq yolu çökdü - VİDEO  |     20:12 Müəllimlərin sertifikatlaşdırılması ilə bağlı məlumatlar şəxsi kabinetlərinə göndərilib  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycanda üzüm sortlarının məhsuldarlığının artırılmasına başlanılıb

03.06.2025 19:45 513
Azərbaycanda üzüm sortlarının məhsuldarlığının artırılmasına başlanılıb
Azərbaycanda üzüm sortlarının məhsuldarlığını artırmaq, xəstəlik və zərərvericilərdən qorumaq üçün tədbirlərin icrasına başlanılıb.

Median.Az
Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu məqsədlə müxtəlif bölgələrdə hava şəraitindən asılı olaraq üzümçülük təsərrüfatlarında yaşıl əməliyyatla bağlı tədbirlər həyata keçirilir.

Nazirliyin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun (ÜŞETİ) əməkdaşları Qaxdakı təsərrüfatda “Yaşıl əməliyyat məhsuldarlığın və məhsulun keyfiyyətinin formalaşmasında mühüm rol oynayır” adlı tarla seminarı keçirib. Seminar zamanı ÜŞETİ-nin direktoru Vüqar Səlimov üzümçülükdə yaşıl əməliyyatların bir neçə mərhələdə aparıldığını vurğulayıb.

Onun sözlərinə görə, "yaşıl əməliyyatlar" bölgənin və sortun xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilir. Hazırda respublikanın əksər üzümlüklərində (düzən ərazilərdə) çiçəkləmə başa çatmış, gilələrin formalaşması mərhələsi başlayıb.

Daha sonra qeyd edilib ki, bu tədbirlərin vaxtında və keyfiyyətli yerinə yetirilməsi bol və yüksək keyfiyyətli məhsulun alınmasını təmin edir. Bu əməliyyat tənəyin fəal vegetasiya dövründə aparıldığından bir çox fizioloji proseslərə böyük təsir göstərir. Tənəyin yaşıl hissələri ilə aparılan əməliyyatlara yaşıl zoğların qoparıl­ması, yaşıl zoğların bağlanması, zoğların ucundan qoparılması, bicvurma, zoğların ucunun vurulması, çiçək salxımının qoparılması, çiçək qruplarının süni və əlavə tozlandırılması və s. aiddir. Təlimçi təsərrüfat sahəsində bu əməliyyat vasitəsilə tənəyin düzgün formalaşdırılması, həmçinin havalanmanın yaxşı getməsi və yarpaqların yaxşı işıqlandırılması üçün zoğların eyni səviyyədə yerləşməsinin necə təmin olunması prosesini əyani şəkildə göstərib.скачать dle 11.3
Mojo.az Banner