Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycana aid 20-yə yaxın üzüm sortunun erməniləşdirilməsinin qarşısı alınıb

19.10.2024 17:49 2 388
Azərbaycana aid 20-yə yaxın üzüm sortunun erməniləşdirilməsinin qarşısı alınıb
Beynəlxalq Vitis kataloquna (VIVC) erməni mənşəli kimi daxil edilmiş 20-yə yaxın yerli üzüm sortunun molekulyar-genetik üsullarla Azərbaycan mənşəli olduqları sübut edilib və bazada müvafiq dəyişiklik olunub.

Bunu "Report"a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutunun direktoru Vüqar Səlimov bildirib.

"Bunların arasında ən qədim və qiymətli "Mələyi", "Xındognı", "Hərnə-qırna", "Misqalı", "Ağ Aldərə", "Hüseyni", "Gülabı", "Növrəst" və başqa sortlar var. Bununla yanaşı, ötən il təmiz genetik profilə malik olan 10 yerli üzüm sortumuz ("Sultanşirə", "Novxanı qırmızı üzümü", "Sultanı kişmişi", "Gecdəyən ağ üzüm", "Zaqatala ağ üzümü", "Qara şanı", "Şirvanşahı", "Qaraşirə", "Qızıl üzüm", "Elmin") VIVC kataloquna daxil edilib", - deyə o qeyd edib.

"Azərbaycan yerli üzüm sortlarının genetik müxtəlifliyinin öyrənilməsi, qorunması, davamlı istifadə edilməsi, bədnam qonşularımızın öz adlarına çıxdığı sortlarımızın əzəli adlarının qaytarılması və mənimsənilmələrinin qarşısının alınması bizim ən vacib işlərimizdən biridir. İndiyə qədər institut üzümün kolleksiya bağını elmi ekspedisiyalar əsasında aşkar edib, toplanan sort və formalarla zənginləşdirib, həmçinin beynəlxalq təşkilatlar və bazalarla (Bioversity International, COST, INRA, VIVC və s.) əməkdaşlıq nəticəsində morfoloji, deskriptor, genetik əlamətləri təsvir edilməklə beynəlxalq bazalara daxil edib. Hazırda həmin bazalarda Azərbaycanın 400-ə qədər yerli üzüm sortları barədə məlumat mövcuddur.

2019-cu ildən başlayaraq Almaniyanın "Institute for Grapevine Breeding Geilweilerhof" İnstitutu ilə əməkdaşlığın nəticəsində 350-dən çox yerli üzüm sort və formalarının molekulyar-genetik tədqiqatları həyata keçirilib. Nəticədə yeni unikal profilə malik genotiplər üzə çıxıb, sortlarımız genetik təmizlənib, onların omonimləri, sinonimləri müəyyən edilib. Bu, gələcəkdə sortlarımızın qorunmasına, sertifikatlı tingçiliyin inkişafına xidmət edəcək. Bununla yanaşı, bu, bizə imkan verir ki, sortlarımızı ermənilərdən qoruyaq. Çünki onlar bizim üzüm sortlarımızı da öz adlarına çıxarmaq istəyirlər", - deyə direktor əlavə edib.

"Araşdırmalara əsasən hesab edirik ki, üzümün ən qədim vətəni kimi Azərbaycanda 600 adda üzüm sortu əkilib-becərilib. İndiyə qədər elmi əsaslarla öyrənilməyən üzüm sort və formalarımızın aşkar edilib toplanması və onların müasir üsullarla öyrənilərək artırılması, qorunub saxlanılması, səmərəli istifadəsi və onlar haqqında lazımı məlumatların beynəlxalq məlumat bazalarına yerləşdirlməsi institutumuzun qarşısında duran ən başlıca hədəflərdən biridir", - deyə V.Səlimov vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner