Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Gəncənin bəzi hissələrində qaz kəsilib

03.06.2025 11:18 585
Gəncənin bəzi hissələrində qaz kəsilib
Gəncə şəhərinin bəzi ərazilərinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.

Yaranmış sızmaların aradan qaldırılması üçün Gəncə şəhəri Z.Hacıyev küçəsində köhnə qaz siyirtməsi yenilənəcək və T.Özal küçəsi ilə Atatürk prospektində yeni qaz xətləri mövcud şəbəkəyə qoşulacaq.

Bu səbəbdən "Şəhər-1” orta təzyiqli qaz xətti, "Maşınqayırma” orta təzyiqli qaz xətti, "Bağmanlar” QPS və ölçü qovşağına bağlı əhali qaz xətti ilə təmin olunan ərazilərdə qazın verilişi dayandırılıb.

Qaz təchizatı işlər tamamlandıqdan sonra bərpa olunacaq.

Son xəbərlər