Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
20:58 Daha 20 tələbəyə təqaüd veriləcək | 20:53 Erməni nazir yeni konstitusiyadan danışdı | 20:45 Bu mobil cihazlar da POS-terminal sayılacaq | 20:40 Bu şəxslərdən iş icazəsi tələb olunmayacaq | 20:32 Sabah hava necə olacaq? | 20:27 Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş | 20:19 Koronavirus yenidən yayılmağa başlayıb - Təhlükə var? (VİDEO) | 20:13 “Amay” Ticarət Mərkəzinin damında təhlükə - VİDEO | 20:05 "Gün keçdi" filminin davamı çəkilə bilər | 20:00 Tarixi gəmi turistlər üçün batırılacaq | 19:53 Kənd təsərrüfatı məhsullarını bahalaşdıran səbəb: Alış və satış qiymətlərinə limit təklifi | 19:44 Ucuz kredit vədi ilə bank hesablarını boşaltdılar - 120 nəfər hədəfə alındı | 19:43 Dünyanın ən populyar krossoverləri (SİYAHI) | 19:41 Onlayn ticarətdə qaydalar dəyişir: "Köhnə satıcılar" üçün çətin günlər başlayır | 19:36 Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - Adları | 19:19 Bağça müəllimlərinin sertifikatlaşdırılması üzrə qiymətləndirmə meyarları açıqlandı | 19:04 Amnistiya ilə azadlığa çıxdı, ətçəkən və çaydan oğurlayıb yenidən həbsə düşdü | 18:55 İki avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir | 18:27 Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ | 18:13 Ermənistan İK sədri: "Zəngəzurda saxlanılan Azərbaycan əsgərinin heç kimi öldürmək niyyəti olmayıb" |
Mojo.az Avto
Mojo.az Avto

"20 Yanvar"dakı "yiyəsiz" obyektlərin aqibəti necə olacaq? – AÇIQLAMA

02.06.2025 23:01 648
Metronun “20 Yanvar” stansiyasının altındakı yeraltı keçidlərdə yerləşən ticarət obyektləri bir ilə yaxındır ki, fəaliyyət göstərmir. Ara-sıra bu obyektlərin açılacağı barədə xəbərlər gündəmə gəlsə də, bu elə söz olaraq qalıb. Mağaza sahibləri isə hələ də ümidlə görləyirlər. Onlar hətta mallarını mağazalardan görürməyiblər. Yaxınlıqdakı ticarətçilərin sözlərinə görə, obyektlərin nə vaxt açılacağı barədə rəsmi məlumat yoxdur.

Bəs, bu obyektlərin aqibəti necə olacaq? Mağazalar yenidən fəaliyyət göstərəcəkmi?

Median.Az-ın məlumatına görə, məsələ ilə bağlı “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə sorğu ünvanladıq. Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən "Bakupost"a verilən açıqlamada bildirildi ki, qeyd olunan keçidlərdə yerləşən ticarət obyektləri “Bakı Metropoliteni” QSC-nin balansında deyil:

“Onların fəaliyyəti ilə bağlı hər hansı sərəncamvermə səlahiyyətimiz mövcud deyil”.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə də əlaqə saxladıq. Qurumun mətbuat katibi Mətin Hüseynov bildirdi ki, keçidlərdəki ticarət obyektləri Bakı Şəhər İcra Hakimiyyətinin balansında deyil:

“Bakı Şəhər İcra Hakimiyyətinin balansında heç bir yeraltı keçid yoxdur”.

Bakı Şəhər Ticarət və Xidmət Departamentinin direktoru İntiqam Məmmədov bildirdi ki, bu məsələ ilə bağlı heç bir məlumatı yoxdur:

"Tam səmimi deyirəm ki, o obyektlərlə bağlı bizim heç bir məlumatımız yoxdur. Yəqin ki, oranın yiyəsi bilər. Ora özəl mülkiyyətdə olan yerdir, oranın bizə aidiyyəti yoxdur".

Son xəbərlər