Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Neymar azarkeşlərdən üzr istəyib

02.06.2025 13:47 1 176
Neymar azarkeşlərdən üzr istəyib
"Santos" klubunun hücumçusu Neymar Braziliya çempionatının 11-ci turunda "Botafoqo" ilə matçda (0:1) qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmasından sonra azarkeşlərdən üzr istəyib.

33 yaşlı futbolçu bu barədə öz sosial şəbəkə hesabında yazıb.

"Qol vurmaq şövqü bizi bəzən səhvlər etməyə məcbur edir. Həm komanda yoldaşlarımdan, həm də azarkeşlərdən üzr istəyirəm. Səhv etdim, məni bağışlayın! Əminəm ki, meydandan qovulmasaydım, qalib gələcəkdik. İtirilmiş bu üç xalı mənim ayağıma yaza bilərsiniz", - Neymar qeyd edib.

Xatırladaq ki, hücumçu "Botafoqo"ya qarşı matçın son dəqiqələrində əli ilə qol vurduğuna görə ikinci sarı vərəqə alıb və meydandan qovulub. Oyunun son saniyələrində isə "Botafoqo" say üstünlüyündən istifadə edərək həlledici qola imza atıb.

Son xəbərlər