Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
17:25 Zelenski Türkiyəyə səfər edib | 17:13 Zəfər Günü münasibətilə Bakı bulvarında konsert təşkil olunacaq | 17:04 Türkiyədə zəlzələ oldu | 17:03 “Apple” istifadəçilərinin hesabları kütləvi şəkildə ələ keçirilir - Xəbərdarlıq | 16:58 Bağlanan banklara borcu olanlara xəbərdarlıq | 16:48 Azərbaycan XİN-dən Feridun Sinirlioğlu BMT Baş katibi vəzifəsinə namizədliyinə reaksiya | 16:47 Bəzi hərbçilər cərimələnəcəklər | 16:25 Sumqayıtda məktəbli qızı sevgilisi küçədə döydü | 14:55 Moskva səmasında PUA təhlükəsi: Bakıya uçan təyyarə havaya qalxa bilmədi - Foto | 14:53 Moskva ilə Bakı arasında kruiz layneri fəaliyyət göstərəcək | 14:50 Reyslərin sayı artırıldı: Sabahdan Bakıdan Tbilisiyə 30 faiz daha ucuz səyahət imkanı | 14:33 Məmur Şəkidə "ciyər axşamı"nda bələdiyyə sədrinin başına butulka çırpdı - Təfərrüat (FOTO) | 14:18 Zakir Həsənov Yaşar Gülerə başsağlığı verib | 14:17 Şahdağa qar yağıb - Faktiki Hava | 14:05 Gəncədə bədbəxt hadisə: 68 yaşlı kişi öldü | 14:05 Alma bağlarında xəstəlik yayılıb: Ənənəvi Quba alması artıq tarixə qovuşacaq? | 14:01 100-dən çox şəxs borca görə saxlanıldı | 13:47 Azərbaycan nefti bahalaşdı | 13:38 Həyat yoldaşına 16 bıçaq zərbəsi endirən şəxs: "Ailəmin dağılmasını istəmirdim" | 13:31 Kəmaləddin Heydərovdan yeni təyinat - Şabranda rəis dəyişdi |
Mojo.az Avto
Mojo.az Avto

Beşinci övladı ölü doğuldu - VİDEO

31.05.2025 20:02 741
Beşinci övladı ölü doğuldu - VİDEO
Kürdəmirdə 32 yaşlı hamilə qadının uşağı ana bətnində ölüb.

Median.Az
Xezerxeber.az-a istinadən xəbər verir ki, rayonun Çöl-Ərəb kənd sakini Rüfanə Bayramova mayın 29-da Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə ağrıları ilə bağlı müraciət edib. Yaxınlarının bildirdiklərinə görə, həkimlər ona qorxulu bir şey olmadığını deyiblər. O, evə aparılıb.

Ötən gün isə qadının halı qəfildən pisləşib və yenidən Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinə çatdırılıb. Həkimlər qadının vəziyyətinin ağır olduğunu bildirərək onu əməliyyata götürüblər. Sonra həkim-cərrah qadının yaxınlarına bildirib ki, uşaq tələf olub.

Qadının yaxınlarının sözlərinə görə, hadisəyə səbəb axşam növbətçi həkimin olmamasıdır:

“Daha öncə 4 övladı olub. Bütün hamiləlikləri tam normal keçib. Uşaqlar da sağlam dünyaya gəliblər. Nəyə görə beşinci uşaq belə olur? Burada ancaq həkim səhlənkarlığı olub”.

Hadisə ilə bağlı TƏBİB-dən bildirilib ki, 1993-cü il təvəllüdlü hamilə yalançı doğum sancıları diaqnozu ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:

“Pasiyentə stasionar yatış tövsiyə edilsə də, o imtina edib. Bu barədə şöbənin qəbul və imtina jurnalında qeydlər də aparılıb. Daha sonra ötən gün saat 13:00 radələrində hamilə qadın ciftin dəqiqləşməmiş vaxtından əvvəl ayrılması diaqnozu ilə yenidən Doğum şöbəsinə hospitalizasiya olunub. Dərhal həkimlər konsilium keçirib və hamilə təcili əməliyyat blokuna alınaraq qeysəriyyə kəsiyi əməliyyatının icrasına başlanılıb. Əməliyyat nəticəsində ana bətnindən ölü döl xaric edilib. Pasiyent əməliyyatdan sonra reanimasiya şöbəsinə köçürülüb. Hazırda vəziyyəti stabil qiymətləndirilir.

Daha ətraflı videomaterialda:

Son xəbərlər