Mojo.az — elanlar
Son Xəbərlər
18:16 Qızını döydüyü üçün kürəkənini öldürən şəxs məhkəmə zalından azad edildi - DETALLAR  |     18:12 Amnistiyaya düşən kişi arvadını döydü  |     14:29 Qadın sərnişinə hədə-qorxu gələn sürücü saxlanıldı  |     14:23 Əsgərliyə gedənlərin kredit borcları necə ödəniləcək?  |     14:18 Paşinyan: "Azaraq Ermənistana keçən azərbaycanlı çoban qaytarılacaq"  |     14:15 Bina evində qalanların nəzərinə: Yenilik olacaq  |     14:07 Azərbaycanda mənzil təmiri adı ilə dələduzluq edən şəxs Almaniyada tutuldu  |     14:06 Tacikistandan Azərbaycana gələn sahibkar oğlu tərəfindən öldürüldü - Təfərrüat  |     13:44 Yardımlının yeni icra başçısı kimdir? - DOSYE  |     13:43 Azərbaycanda bəzi şəxslərə 20 illik vergi güzəşti - Prezident təsdiqlədi  |     13:43 "Texnologiyalar parkı haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edildi  |     13:32 Gələn il ərzaq qiymətləri arta bilər – Açıqlama  |     13:10 Hər gün istifadə etdiyimiz duz nə qədər təmizdir? – AÇIQLAMA  |     13:09 Prezident yeni icra başçısı təyin etdi  |     13:08 İlham Əliyev Elçin Yusubovu vəzifəsindən azad etdi  |     12:46 Azərbaycan-Türkiyə qardaşlığına kölgə salmaq istəyən qüvvələr var – Deputat  |     12:37 Azərbaycanda bəzi bələdiyyələrin adları dəyişdirildi  |     12:25 Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər  |     12:21 Ermənistan rəsmiləri TRIPP-in infrastruktur layihələri üçün Zəngəzura səfər ediblər  |     12:01 Bakıda iki yaşlı qız su kanalında boğuldu  |    
Mojo.az Avto
Mojo.az Avto

Şəhid atası: Oğlumun döyüşdüyü torpaqlarda gəzdikcə bir daha qürur hissi keçirdim

31.05.2025 19:44 759
Şəhid atası: Oğlumun döyüşdüyü torpaqlarda gəzdikcə bir daha qürur hissi keçirdim
Vətən müharibəsinin şəhidi Əli Quluyevin atası Turac Quluyev oğlunun döyüşərək həlak olduğu torpaqlarda gəzdikcə bir daha qürur və fəxr hissi keçirdiyini söyləyib.

O, "Report"un Ağdama ezam olunmuş əməkdaşına açıqlamasında bildirib ki, işğaldan azad edilən ərazilərə daxil olandan qeyri-ixtiyari göz yaşlarını saxlaya bilməyib:

"Bu torpaqlarda gördüklərim məni dəhşətə gətirdi. Düzdür, həmişə xəbərlərdə görürdüm, amma burada canlı olaraq şahidi oldum. Azad olunan ərazilərdə gördüklərim ermənilərin bizim xalqa qarşı nə qədər əzazil və qəddar bir mövqedə olduqlarını deməyə əsas verir. Amma qürur duyulacaq hisslər də yaşadım. Ərazilərin təmizlənmə işlərinin şahidi olduq. Hər tərəfdə canlanma hiss olunur".

T.Quluyev vurğulayıb ki, oğlum Əli Quluyev 44 günlük Vətən müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə şəhid olub:

"İndi burada gördüklərim mənə bir də ona görə təsəlli verir ki, xalqımızın başına açılan bu müsibətlərin sona çatmasında mənim də oğlumun qanıyla yazdığı imzası var".

Son xəbərlər