Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Rüfət Səfərovun həbs müddəti uzadıldı

31.05.2025 15:58 1 350
Rüfət Səfərovun həbs müddəti uzadıldı
Binəqədi Rayon Məhkəməsində dələduzluqda təqsirləndirilərək həbs edilən hüquq müdafiəçisi Rüfət Səfərov barəsində seçilmiş həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı istintaq orqanının verdiyi vəsatətə baxılıb.

Prosesdə vəsatət təmin edilib və R.Səfərovun həbs müddəti iyunun 23-dək uzadılıb.

Xatırladaq ki, Rüfət Səfərov dekabrın 3-də Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq), 127.2.3 (Qəsdən sağlamlığa az ağır zərər vurma, ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə törədildikdə) və 178.3.2 (dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
//oxu.az

Son xəbərlər