Mojo.az Banner
SON DƏQİQƏ
23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |     20:32 "Star Trek" serialının ulduzu Maykl Forest vəfat etdi  |     20:00 Pakistan-Əfqanıstan sərhədində toqquşma olub, ölənlər var  |    
Mojo.az Avto
Mojo.az Avto

İlham Əliyev Xorvatiyanın baş nazirini təbrik edib

30.05.2025 12:51 714
İlham Əliyev Xorvatiyanın baş nazirini təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviçə təbrik məktubu ünvanlayıb.

Median.Az
President.az-a istinadən xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab baş nazir, ölkənizin milli bayramı - Dövlətçilik Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Azərbaycan ilə Xorvatiya arasında xoş ənənələr üzərində qurulan əlaqələrin möhkəmlənməsi və yeni məzmunla zənginləşməsi məmnunluq doğurur. Fəal siyasi dialoqumuz, ali və yüksəksəviyyəli qarşılıqlı səfərlər və müntəzəm təmaslar müxtəlif sahələrdə əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaradır.

Hazırda Azərbaycan ilə Xorvatiya iqtisadi-ticari, humanitar, xüsusilə də minatəmizləmə sahələrində uğurla əməkdaşlıq edirlər. Eyni zamanda ölkələrimiz arasında tərəfdaşlığın prioritet istiqamətlərdən olan enerji sektorunda əməkdaşlıq inkişaf edərək hazırda yeni müstəviyə keçmişdir. Enerji sahəsində uğurlu işbirliyimiz Avropanın enerji təhlükəsizliyinin təminatına öz müsbət təsirini göstərir.

İnanıram ki, xalqlarımızın iradəsinə uyğun olaraq ölkələrimiz arasında ənənəvi dostluq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımız və strateji tərəfdaşlığımız bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcək və daha da güclənəcək.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Xorvatiya xalqına daim əmin-amanlıq və rifah diləyirəm".скачать dle 11.3

Son xəbərlər