Mojo.az Banner
14:37 Yeni tədris ilinin başlanması ilə bağlı BDYPİ-dən əhaliyə müraciət  |     13:54 Misli Premyer Liqası: Beşinci turun son matçı - "Şəfa" "Sabah"a qarşı  |     13:53 Saatlarla oturanların diqqətinə: Tromb qoparaq ölümə səbəb ola bilər  |     13:51 Bərdədə bədbəxt hadisə: İki yaşlı uşaq hovuza düşüb öldü  |     13:42 Yeni tədris ilində Bakı şəhərində təhsil alacaq şagirdlərin sayı açıqlandı  |     13:40 İranın vitse-prezidenti Avstriyaya buraxılmadı - Rəsmi Tehrandan adekvat addım (Yenilənib)  |     13:34 Kirayə ev axtaran gücün DİQQƏTİNƏ: Bu ərazilər sərfəlidir  |     13:30 Xaricdə təhsil şirkətləri ilə bağlı VACİB XƏBƏRDARLIQ  |     13:28 12 manatlıq ət təhlükəlidir? – Mütəxəssisdən AÇIQLAMA  |     22:55 Yatarkən bunu edənlər diqqətli olsunlar!  |     22:47 Şəmkirdə TIR minik avtomobili ilə toqquşaraq aşdı  |     22:39 Niyə insanlar sosial şəbəkələrdə öz həyatlarını olduğundan fərqli göstərir?  |     22:31 Azərbaycan futbolunda yayın ən bahalı transferləri – SİYAHI  |     22:23 Tasnim: İran Hörmüz boğazının açılması üçün ABŞ-yə yeddi şərt təqdim edib  |     22:16 "Bu, müharibə olacaq": Putindən TƏCİLİ XƏBƏRDARLIQ  |     22:09 Bu şəxslərə əmək pensiyası xüsusi qaydada təyin olunur – AÇIQLAMA  |     22:01 Qusarda kəsici alətlə ictimai qaydanı pozan şəxs saxlanılıb  |     21:57 İran və Oman Hörmüz boğazında gəmiçilik marşrutu ilə bağlı yekun razılaşma əldə edib  |     21:47 Telefondan çox istifadə edənlərin diqqətinə!  |     21:40 Dünyada yalnız bu üç nəfər pasportsuz gəzə bilir  |    
Mojo.az Avto
Mojo.az Avto

Nazirlik əhaliyə müraciət etdi

30.05.2025 11:24 594
Nazirlik əhaliyə müraciət etdi
Fövqəladə Hallar Nazirliyi (FHN) meşələrin yanğın təhlükəsizliyinə dair əhaliyə müraciət edib.

Müraciətdə deyilir:

"Qarşıdan yay fəslinin gəlməsi ilə əlaqədar havanın temperaturunun tədricən yüksəlməsi fonunda istirahət üçün meşə və meşəətrafı ərazilərə üz tutan vətəndaşların sayında kütləvi artım qeydə alınır. Bu isə müxtəlif səbəblərdən meşələrdə yanğınların baş vermə riskini xeyli artırır.

Belə ki, FHN tərəfindən ötən illər meşə və meşəətrafı ərazilərdə baş vermiş yanğınların səbəblərinin araşdırmalarının təhlili nəticəsində müəyyən edilib ki, meşə yanğınları əsasən bəzi vətəndaşların ən sadə yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və ya məsuliyyətsiz davranışlarından törənmişdir. Nəzərə almaq lazımdır ki, ən kiçik ehtiyatsızlıq belə meşə sahələri, flora və fauna, ümumilikdə ətraf mühit və son nəticədə cəmiyyət üçün ağır fəsadlarla nəticələnə bilər.

Qeyd olunanları nəzərə alaraq, nazirlik əhaliyə, o cümlədən meşə sahələrinə yaxın ərazilərdə yaşayan, təbiət qoynunda istirahətə yollanan vətəndaşlara müraciət edərək onları yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etməyə çağırır.

Belə ki, meşədə tonqal yalnız xüsusi ayrılmış yerlərdə qalanmalı, bunun üçün ağac altı, quru ot və kol-kos, ağac qırıntıları olan ərazi seçilməməli, tonqalın ətrafındakı otlar 0,5-1 metr radiusda təmizlənməlidir. Qalanmış tonqal nəzarətsiz qalmamalı və ərazi tərk edilərkən tam söndürülməlidir. Küləkli havada tonqal qalamaq qadağandır. Unutmaq olmaz ki, tam söndürülməmiş siqaret kötüyü və kibrit çöpünün, şüşə əşyaların və yanar mayelərlə islanmış materialların ətrafa atılması yanğın təhlükəsi yaradır.

Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!

Təhlükə zamanı 112-yə zəng edin!”
скачать dle 11.3
Mojo.az Banner