Mojo.az Banner
23:00 Oturaq iş rejimi olanlar buna diqqət etməlidir  |     22:56 Konqoda Ebola epidemiyası: Ölənlərin sayı 3500-ü keçib  |     22:51 Özbəkistanda pensiya yaşı artırılır  |     22:43 "Bəniz"in apellyasiya şikayəti üzrə məhkəmənin vaxtı bəlli oldu  |     22:38 Bu işçilərlə bağlı qayda ləğv olundu  |     22:30 Sentyabrın ən sirli günləri: Bu bürclərin başına qeyri-adi hadisə gələcək  |     22:25 Uşağınız yaşıdlarından tez yorulursa, diqqət  |     22:16 "Çelsi" Bastoni üçün 68 milyon funt ödənməyə hazırdır  |     22:10 Xırdalanda qumbara partlayışında ölən qız idmançı imiş  |     22:02 Məktəbdə elektron siqaret çəkən şagirdlərlə bağlı rəsmi açıqlama  |     21:55 Dələduzluqla nəticələnən "kafel işi: 39 min manatı necə mənimsədi?  |     21:50 İranda qorxulu anlar: Təyyarə havada parçalanmağa başladı - VİDEO  |     21:41 Çinə giriş-çıxış çətinləşdi: Yeni qaydaları pozanlar üçün böyük cərimə  |     21:35 Məhkəmə qaynını öldürüb, arvadını baltalayan çoban haqqında qərar verdi  |     21:28 "Roşka"nın məhkəməsində yeni xüsusat: Ekspert dindiriləcək  |     21:23 Sərnişinlərin nəzərinə: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi - FOTO  |     21:15 Siqaret istəyi 6 aylıq həbslə nəticələndi  |     21:09 Azad olunmuş ərazilərdə artıq 12 məscid bərpa edilib  |     21:02 Kənd yumurtası bahalaşacaq, broyler isə... - Ekspertdən açıqlama  |     20:54 FHN-də iş, torpağa çıxarış, təqaüd vədi - On minlərlə manatlıq dələduzluq işinin detalları  |    
Mojo.az Avto
Mojo.az Avto

Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb

29.05.2025 19:40 471
Abşeron kanalında lildən təmizləmə və su infrastrukturunun yenilənməsi işləri açıqlanıb
Abşeron magistral kanalının yaşayış məntəqələrindən keçən hissələrində məişət tullantıları ilə çirklənən sahələr bu ilin əvvəlindən indiyədək 103 min kubmetr lildən təmizlənib

Median.Az
bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə (ADSEA) istinadən xəbər verir.

"Əlavə olaraq, kanalların 560 kubmetrlik sahəsi əl ilə, 11 min kvadratmetrlik hissəsi isə dırmıxla otlardan təmizlənib", - məlumatda deyilir.

Eyni zamanda, Agentlik tərəfindən nasos stansiyalarının binalarında, hidrotexniki qurğularda, mülki və istehsalat obyektlərində, müxtəlif diametrli boru kəmərlərində və qol kanallarda cari təmir işləri həyata keçirilib.

Qeyd olunub ki, Abşeron sakinlərinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin olunması üçün də işlər aparılır, su və kanalizasiya xətlərində baş verən qəzalar operativ şəkildə aradan qaldırılır.

Hazırda Xırdalan şəhəri ərazisində istismar müddətini başa vurmuş diametri 1000 mm olan dəmir-beton kanalizasiya borusunun 650 paqonometr hissəsi yenisi ilə əvəz olunur.

Bundan əlavə, cari ildə Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Əkinçilik Elmi-Tədqiqat İnstitutunun suvarma şəbəkəsinin əsaslı şəkildə yenidən qurulması planlaşdırılır. Saray-1 və Qızılnohur nasos stansiyalarında əsaslı təmir işləri aparılacaq. 2025–2026-cı illərdə isə müxtəlif ərazilərdə 1000 hektara yaxın əkin sahəsinin salınması nəzərdə tutulurскачать dle 11.3
Mojo.az Banner