Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Lənkəranda bağçada müəllim uşağı döydü: ARAŞDIRMA APARILIR - VİDEO

29.05.2025 11:19 1 581
Lənkəranda bağçada müəllim uşağı döydü: ARAŞDIRMA APARILIR - VİDEO
"Lənkəran Kaspi Kids" bağçasında müəllimin uşağa şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb.

Median.Az
xəbər verir ki, paylaşımda müəllimin uşağın başına vurduğu, nəticədə isə qanadığı qeyd olunub.

"Hadisə "Lənkəran Kaspi Kids" uşaq bağçasında baş verib. Müəllim uşağın başına necə vurursa, başından qan gəlir. Nə qədər vəzifəsini sevməyən, uşaq sevməyən insanlar varsa, gedib işləyirlər. Hansı valideyn bu görüntüyə dözər?", - paylaşımda qeyd olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupunun oxu.az-a verdiyi məlumata görə, həmin məsələ ilə bağlı hazırda Lənkəran Rayon Polis Şöbəsində təhqiqat araşdırması aparılır.

"Tərəflərin ərizə və izahatları alınıb, azyaşlının məhkəmə tibbi ekspertizasından keçirilməsi təmin edilib. Qanunamüvafiq tədbirlərin görülməsi təmin olunur".

Son xəbərlər