Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Bu fermerlərə 15 min ayrılacaq

28.05.2025 21:17 537
Bu fermerlərə 15 min ayrılacaq
Azərbaycanda kənd təsərrüfatında innovativ yanaşmalar genişlənir. Ölkədə əvvəllər rast gəlinməyən qaragilə, dekapon, kinkan, quayava, payız zeytunu kimi meyvə və giləmeyvələr artıq becərilir. Onların bir çoxu sağlamlıq üçün faydalı olmaqla yanaşı, yüksək ixrac potensialına da malikdir.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Belə ki, 2025-ci ildən etibarən ilk dəfə intensiv mavigilə (qaragilə) bağlarının salınması dövlət tərəfindən subsidiyalaşdırılacaq. Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı, Lənkəran-Astara və Quba-Xaçmaz iqtisadi rayonlarında hər hektar əkin sahəsinə 15 min manat birdəfəlik subsidiya ayrılacaq. Şərtlərə əsasən, hər hektarda azı 3.400 ting əkilməli, sahə damcı suvarma sistemi ilə təchiz olunmalıdır.

Eyni zamanda, Lənkəran və Astara rayonlarında dekapon və kinkan kimi sitrus meyvələrinin becərilməsi genişlənir. Masallıda berqamot, Balakəndə isə yapon iydəsi kimi ekzotik növlər yetişdirilir. AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində quayava meyvəsinin yerli şəraitə uyğunlaşdırılması istiqamətində uğurlu nəticələr əldə olunub. Yeni iqlimə davamlı pomidor və lavanda sortları da fermerlərin marağına səbəb olub.

Kənd təsərrüfatında məhsul çeşidlərinin artırılması və ixracyönümlü meyvələrin yetişdirilməsi, regionlarda sahibkarlığın və məşğulluğun inkişafına təkan verir.

Son xəbərlər