Mojo.az Banner
23:01 Beyləqanda kanalda bir nəfər batıb  |     22:54 İsrail "Hizbullah"ın elit bölməsinin komandirini MƏHV ETDİ  |     22:48 Bakıda müəllim küçədə yatdı, hər şeyi oğurlandı  |     22:44 Sərnişinlərin NƏZƏRİNƏ: Bakıda bəzi marşrutların dayanacaqları dəyişdirildi  |     22:42 Bakı-Qazax yolunda iki yük maşını toqquşdu, ölənlər var  |     22:20 Azərbaycan pasportunun dünya reytinqindəki yeri açıqlandı  |     22:12 Qatlana bilən “iPhone Ultra” ilə bağlı diqqətçəkən iddia  |     22:08 Kartofun üzərindəki izlərə DİQQƏT EDİN – Zəhərlənə bilərsiniz  |     22:04 Mərakeşdə yüzlərlə miqrantın İspaniya anklavına daxil olmasının qarşısı alındı  |     21:57 Avropanın nəhəng çayı quruyur: Su səviyyəsi ANTİREKORD həddə  |     21:28 Bakı metrosunda xətlər ayrılır: İnterval nə qədər azalacaq? - Video  |     21:25 Azərbaycana payız bu tarixdə daxil olacaq  |     21:20 Azərbaycan XİN İndoneziyaya başsağlığı verib  |     21:13 Astarada 60 yaşlı kişi əncir dərərkən öldü  |     21:07 Türkiyədə ağır cinayətlərə görə axtarılırdı: Bakıda SAXLANILDI  |     21:00 "Turan Tovuz" - "Fənərbağça" oyununun məkanı və vaxtı bilindi  |     20:55 Türkiyənin süni intellektlə çəkilən serialı təqdim olundu - VİDEO  |     20:46 İlk dünya çempionu olan boksçu vəfat etdi  |     20:41 Xərçəngə səbəb olan qidalar - SİYAHI  |     20:34 Cənubi Koreya Kim Çen Ina barışıq əli uzatdı  |    
Left Banner
Right Banner

Vikinqlər Atlantik okeanını taxta gəmilərlə necə keçib? (VİDEO)

28.05.2025 19:39 750
Vikinqlər Atlantik okeanını taxta gəmilərlə necə keçib? (VİDEO)
Amerika qitəsinə qədər çata bilən məşhur taxta Vikinq gəmilərinin sirrini açmaq üçün bir arxeoloq real Vikinq gəmisi inşa edib dənizə çıxaraq bu məsələni araşdırıb.

Milad təqvimi ilə 800-1050-ci illər arasında Avropa sahillərindən başlayaraq İslandiya, Qrenlandiya və hətta Şimali Amerikaya qədər irəliləyən vikinqlər yalnız döyüşçü deyil, həm də cəsur dənizçilər idilər. Həmin dövrün texnologiyası ilə bu qədər uzaq məsafələrə çatmaları bu gün də bir çox insanı təəccübləndirir. Xüsusilə də Atlantik okeanını - bu gün belə keçilməsi çətin olan bir su hövzəsini - min ildən artıq əvvəl kiçik taxta qayıqlarla aşa bilmələri ağlabatan görünmür.

Vikinqlərin gəmiləri yalnız Amerika sahillərinə çatmaqla kifayətlənməyib, həm də İngiltərə və Fransaya təşkil olunan böyük basqınlarda istifadə olunub. Minlərlə döyüşçünü təhlükəsiz şəkildə daşıya bilən bu gəmilərin necə bu qədər dayanıqlı və istifadəyə yararlı olması bu gün də tam izah edilə bilmir.

Bu suallara cavab axtaranlardan biri də Lund Universitetindən arxeoloq Qrir Carretdir. O, kitablardan oxumaqla kifayətlənməyib, əsl Vikinq gəmisinin bənzərini inşa etdirərək dənizə çıxıb.

Carret və komandası 2021-ci ilin sentyabrı ilə 2022-ci ilin iyulu arasında ənənəvi üsullarla inşa edilmiş yeddi fərqli "klinker" tipli Vikinq qayıqları ilə Norveç sahillərində səyahət ediblər. Təcrübəli arxeologiyanın bir hissəsi olan bu layihədə 15 müxtəlif yelkən sınağı və iki uzun məsafəli sınaq səfəri həyata keçirilib. Ümumilikdə 1.494 dəniz mili qət olunub. Marşrutlar boyunca külək, dalğa, texniki nasazlıqlar – yəni ağlınıza nə gəlirsə – yaşanıb. Bir səfərdə yelkən dirəyi sahildən 25 kilometr uzaqda qırılıb. Qayıqçıların yelkəni sabitləşdirib qayıqlarla sahilə doğru irəliləməsi lazım gəlib.

Ancaq bu çətinliklər vacib ipucları da ortaya çıxarıb. Carret sahil boyunca dörd təbii liman müəyyən edib. Bu ərazilərin Vikinqlər tərəfindən müvəqqəti dayanacaq kimi istifadə olunmuş ola biləcəyi düşünülür. Hətta bəzi nöqtələrdə insan fəaliyyətinə işarə edən izlər də tapılıb.

Carret təcrübələrini belə yekunlaşdırır: "Amerika sahillərinə getmədik, amma necə gedilə biləcəyinə dair çox şey öyrəndik".

Səfərlər göstərir ki, Vikinqlər okeanı keçərkən heç də təsadüfi hərəkət etməyiblər. Böyük ehtimalla təbii limanlardan limanlara keçərək, küləyi və dalğanı arxalarına alaraq irəliləyiblər. Fırtınalı havalarda sığınacaq kimi istifadə edə biləcəkləri nöqtələr əvvəlcədən bilinib, bəlkə də bu bilgilər nəsildən-nəslə ötürülüb.

Bu gün tarixi mənbələrdə adı keçən əsas Vikinq məskənlərindən başqa, bu cür kiçik sığınacaq nöqtələrinin də mövcudluğu daha aydın şəkildə görünür. Carretin təcrübəsi göstərir ki, bu marşrutlar yalnız son dayanacaqlardan ibarət deyilmiş, əslində arada çoxsaylı keçid nöqtələri olub.
//qaynar.az
скачать dle 11.3
Mojo.az Banner