Mojo.az Banner
16:12 ChatGPT-dən istifadəçiləri təəccübləndirən YENİLİK  |     16:11 Abşeron və Binəqədi rayonunda oğurluq edənlər saxlanıldı  |     16:03 Rusiya Silahlı Qüvvələri Ukraynada dörd yaşayış məntəqəsinə nəzarəti ələ keçirib  |     15:24 “Yol nişanı görünmür, nəticədə cərimələnirik” - VİDEO  |     15:21 Azərbaycanda bu yerlərdə işləyənlər ən az 2 min manat maaş alır - SİYAHI  |     15:19 Nikol Paşinyan: "Ermənistandan Azərbaycana ixrac üzrə ilkin razılaşma var"  |     15:10 Direktor məktəbin avadanlıqlarını söküb evinə aparıb? - AÇIQLAMA (FOTO)  |     15:06 Alen Simonyan Bakıya səfər edəcək?  |     15:04 Günəşdə yeni güclü alışmalar gözlənilir: Maqnit qasırğası ehtimalı  |     15:02 Bakıda bəzi məktəblərdə TƏDRİS ONLAYN OLACAQ - SƏBƏB  |     14:58 "Atam MİDA-da işləyir" yalanı ilə dələduzluq edən taksi sürücüsü CƏZALANDIRILDI  |     14:57 Bakıda qardaş və bacı bir-birini bıçaqladı  |     14:56 "Yaşına uyğun bəzənmirdi" – Anasını öldürən Emilin ifadəsi  |     14:34 Pula görə böyrəyini satmaq istədi, 6000 manat cərimə olundu  |     14:27 Şərurlu İsfəndiyarı məhkəməyə verən iş adamına HÖKM OXUNDU - FOTO  |     14:26 655 karat brilyantı Bakıya gətirmək istədilər  |     14:24 Birinci sinfə elektron sənəd qəbulunun SON GÜNÜDÜR  |     14:12 Kişi ondan borc istəyən arvadını döydü  |     14:08 Azərbaycan neftinin qiyməti 102 dollara yaxınlaşır  |     13:25 Dünyada təhsil BÖHRANI: 273 milyon şəxs məktəbə getmir  |    
Left Banner
Right Banner

Rusiya Azərbaycanla sərhəddə intellektual keçid məntəqəsi yaradacaq

27.05.2025 21:15 984
Rusiya Azərbaycanla sərhəddə intellektual keçid məntəqəsi yaradacaq
Rusiyanın Azərbaycanla sərhədində ilk intellektual keçid məntəqəsi yaradılır və hazırda sistem sınaqdan keçirilir.

Bu barədə Rusiya Nəqliyyat Nazirliyi sosial şəbəkələrdə bildirib.

Söhbət Azərbaycanla sərhəddə Dağıstan Respublikasında yerləşən Tahirkənd-Qazmalar keçid məntəqəsindən gedir. Keçid məntəqəsindən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi keçir və burada hər gün orta hesabla 230 yük maşını yola salınır.

Keçid məntəqəsi "Səmərəli nəqliyyat sistemi" adlı milli layihə çərçivəsində modernləşdiriləcək: onun buraxılış qabiliyyəti təxminən 12 dəfə artaraq gündə 2 360 nəqliyyat vasitəsinə çatacaq, hərəkət zolaqlarının sayı isə 6-dan 20-yə qədər artacaq.

"Biz yük avtomobilləri üçün sərhədkeçmə vaxtının 10 dəqiqəyə qədər azaldılması üzərində də işləyirik. Bunun üçün hazırda Tahirkənd-Qazmalarda intellektual keçid məntəqəsinin funksiyaları sınaqdan keçirilir", - Rusiya Nəqliyyat Nazirliyinin məlumatında bildirilib.

Beləliklə, "yerdəki" vəziyyət onlayn rejimdə izlənilir, avtomobillər və yüklər haqqında məlumatlar əvvəlcədən toplanır, daha sonra məlumat gömrük, sərhəd xidməti və digər dövlət orqanlarına ötürülür ki, onlar yükün risk dərəcəsini qiymətləndirə və lazım gəldikdə əlavə nəzarət prosedurları və geniş yoxlama təyin edə bilsinlər.скачать dle 11.3
Mojo.az Banner