Mojo.az Banner
Left Banner
Right Banner

Qəzzaya Humanitar Yardım Fondu bölgəyə yardım çatdırmağa başlayacaq

26.05.2025 19:25 1 095
Qəzzaya Humanitar Yardım Fondu bölgəyə yardım çatdırmağa başlayacaq
ABŞ və İsrailin dəstəklədiyi Qəzzaya Humanitar Yardım Fondu (GHF) mayın 26-da Fələstin anklavına yardım çatdırmağa başlayacaq və həftə sonuna qədər 1 milyon insanı əhatə etməyi planlaşdırır.

Median.Az
TASS-a istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri yazıb.

"Yük maşınlarımız yüklənib və göndərilməyə hazırdır. Mayın 26-dan başlayaraq GHF Qəzzaya birbaşa yardımın çatdırılmasına başlayacaq ki, bu da həftənin sonuna qədər 1 milyondan çox fələstinlini əhatə edəcək. Biz növbəti həftələrdə Qəzzanın bütün əhalisinə yardım göstərməyə başlamaq üçün fəaliyyətimizi sürətlə genişləndirməyi planlaşdırırıq", - GHF öz bəyanatında qeyd edib.

Həmçinin fond onun yaradılmasına qarşı çıxanları tənqid edərək, onları həll olunmayan problemlərin yaradıcı həllinə mane olmaqda ittiham edib.скачать dle 11.3
Mojo.az Banner