Mojo.az Banner
Son Xəbərlər
21:00 İsveçrədən Çinə uçan təyyarə Bakıda məcburi eniş etdi  |     20:25 Epilepsiyalı övladını əməliyyat etdimək istədi, 22 min manatlıq dələduzluğun qurbanı oldu - Video  |     19:54 Qazaxda mal-qara otlağına ildırım düşdü, xəsarət alan var  |     19:39 Evlərə girib oğurluq edən qaraçılara hökm oxundu  |     19:26 "Falçılıq" adı altında dələduzluq edən şəxs saxlanılıb  |     19:14 Dövlət əleyhinə açıq çağırışlar yayan yeddi nəfər beynəlxalq axtarışa verildi  |     18:14 "Sabah"ın oyunu ilə əlaqədar bəzi marşrutların hərəkət sxemi dəyişdirilir  |     18:12 Leyla Əliyeva Türkmənistanda səfərdədir - Foto  |     17:33 Rusiyanın Kiyevə hücumu zamanı Azərbaycan təşkilatının ofisinə ziyan dəydi  |     17:30 Şəhid ailələrinin pulunu mənimsəyən məmura ağır cəza verildi  |     17:28 TƏBİB Səhiyyə Nazirliyinə verildi: Xəstələri və xəstəxanaları nə gözləyir?  |     16:52 Sahibə Qafarova Qırğızıstan parlamentinin sədri ilə görüşüb  |     16:51 Prezident onları təltif etdi - Siyahı  |     16:46 Ailə qurmaq istədilər, çətinə düşdülər — Valideynlərin sənədi itibsə, NƏ ETMƏLİ  |     16:44 Ramiz Mehdiyev AMEA-nın həqiqi üzvlüyündən nə vaxt çıxarılacaq?  |     14:41 Vətəndaşı təhqir edən vəzifəli şəxs işdən çıxarıldı  |     14:33 Bakının xeyli ərazisində qaz olmayacaq  |     13:52 Azərbaycanda bir sıra şəxslərə pulsuz mənzil veriləcək  |     13:42 Deputat tələbə təqaüdləri ilə bağlı MÜJDƏNİ verdi - Gələn il...  |     13:19 Kənddə 25, bazarda 50 qəpiyə: Yumurta niyə bahalaşır?  |    
Mojo.az Avto
Mojo.az Avto

Sebastyan Burduja: "Tuzla-Podişor kəməri Azərbaycan qazının Avropaya nəqlinə imkan yaradacaq"

23.05.2025 21:39 576
Sebastyan Burduja:
Rumıniyanın Tuzla-Podişor magistral qaz kəmərinin istifadəyə verilməsi Türkiyə, Azərbaycan və Yunanıstandan qazın Avropaya nəqli üçün imkan yaradacaq.

Bunu Rumıniyanın energetika naziri Sebastyan Burduja "LinkedIn" sosial şəbəkəsindəki səhifəsində yazıb.

"Rumıniya və Avropa üçün Tuzla-Podişor qaz kəmərinin istifadəyə verilməsi onun keçdiyi yaşayış məntəqələrində təxminən 185 min rumın vətəndaşı ilə 523 dövlət qurumunun qaza çıxışını təmin edəcək. Bu, həmçinin növbəti iki il ərzində bu qaz kəməri vasitəsilə Türkiyə, Azərbaycan və Yunanıstandan qazın Avropaya nəqlinə imkan yaradacaq və Avropanın enerji təhlükəsizliyini gücləndirəcək", - deyə nazir vurğulayıb.

Qeyd edək ki, uzunluğu 308.3 km olan Tuzla-Podişor kəməri təbii qazın Qara dənizdən Qərbi Avropaya daşınması üçün nəzərdə tutulub. Bu kəmər vasitəsilə qaz "Neptun Deep" yatağından BRUA qaz kəmərinə ötürüləcək.скачать dle 11.3

Son xəbərlər