Mojo.az Banner
23:02 Xəzərlə bağlı qorxulu ssenari: dənizinin səviyyəsi 9-18 metr enə bilər  |     22:55 Akın Akınözü yeni serial üçün imicini dəyişdi  |     22:50 Xalq rəssamı Ömər Eldarovun sağlamlıq VƏZİYYƏTİ AÇIQLANDI (Yenilənib)  |     22:42 Apellyasiya məhkəməsində Ermənistan vətəndaşlarının şikayətləri üzrə təqsirləndirilən şəxslərin çıxışları başa çatıb  |     22:36 Babək rayonunda iki avtomobil toqquşub, xəsarət alanlar var  |     22:29 Hərbçimiz həlak oldu  |     22:24 Türkiyə gömrüyündə Ermənistan kodu tətbiq edilib  |     22:16 Meksikada 7 baldan güclü zəlzələ oldu - Sunami yaxınlaşır  |     22:11 "Tesla" minlərlə avtomobili təmir edəcək  |     22:03 Azərbaycanla Özbəkistan arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunub  |     21:25 İki gün əvvəl dənizdə batan gəncin axtarışları davam etdirilir  |     21:17 ADY 6 ayda 905 min tondan çox qida məhsulları daşıyıb  |     21:11 Müasir alıcıların tələbləri çinli istehsalçılara sərf edir - EKSPERT  |     21:04 Sabahdan 525 əvəzinə 525A və 525B işləyəcək  |     20:59 Yasamalda məhəlləyə qoyulan şlaqbaumu FHN sökdürsə də, sakinlər yenidən quraşdırıb - FOTO  |     20:50 Bakının hansı rayonlarında torpaq daha çox bahalaşıb? – SİYAHI  |     20:45 6 ayda elmi dərəcə alanların sayı - 209 qadın, 86 kişi...  |     20:38 Azərbaycan gündəlik nə qədər neft hasil edir?  |     20:33 I kurs tələbəsi vəfat etdi  |     20:23 Mərdəkanda gənc oğlan dənizdə boğuldu  |    
Left Banner
Right Banner

İİB-nin illik toplantısında 13-cü Özəl Sektor forumu başlayıb

20.05.2025 20:08 555
İİB-nin illik toplantısında 13-cü Özəl Sektor forumu başlayıb
İslam İnkişaf Bankının Əlcəzairdə keçirilən ənənəvi illik toplantısı çərçivəsində 13-cü Özəl Sektor forumu başlayıb.

APA-nın Əlcəzairə ezam olunmuş əməkdaşı xəbər verir ki, tədbirdə İslam İnkişaf Bankının əsas fəaliyyət istiqamətləri və təşəbbüsləri barədə məlumat verilib.

Eyni zamanda iştirakçılar İslam İnkişaf Bankına üzv dövlətlərdə özəl sektorun qarşılaşdığı problemlər, habelə onlar üçün yaradılan imkanlar barədə fikir mübadiləsi aparıblar.

İslam İnkişaf Bankı Qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Cassir bu tədbirin rəhbərlik etdiyi bankın bu quruma üzv ölkələrdə ticarət, sığorta, investisiyaların cəlbi və ixrac kreditləşməsi də daxil olmaqla müxtəlif sektorlardakı investisiya layihələrinə dəstəyindən danışıb:

"Biz hər zaman banklar qrupumuza üzv ölkələrdə müxtəlif investisiya layihələrinə dəstək göstəririk. Düşünürəm ki, budəfəki sessiya investorlar və iş adamları, eləcə müxtəlif ölkələrin iqtisadiyyat sahəsinə rəhbərlik edən şəxslər üçün tərəfdaşlıq münasibətlərinin qurulmasına geniş imkanlar açacaq".


İslam İnkişaf Bankının nəzdindəki İnvestisiyaların Sığortalanması Korporasiyasının baş direktoru Xalid Yusif Xələfullah rəhbərlik etdiyi qurumun 2024-cü ildə sahibkarların 121 milyard dollar həcmindəki maliyyə zərərinin kompensasiya edildiyini açıqlayıb:

"Dayanıqlılıq və inkişaf fəaliyyətimizin əsas istiqamətini təşkil edir. Həm özəl sektordakı, həm də digər sahələrdəki tərəfdaşlarımızın göstərdiyi səylər nəticəsində 2024-cü ildə 121 milyard dollar həcmində sığorta ödənişləri həyata keçirilib. Onların 96 milyardı ticarət axınının dəstəklənməsi, 25 milyardı isə xarici investisiyaların etibarlılığının təmin edilməsinə yönəlib. Etibarlı qlobal təkrar sığorta alətlərindən istifadə edərək biz bu bazarda 69 milyard dollarlıq paya sahib olmuşuq. Eyni zamanda kənd təsərrüfatı, eləcə də bərpa olunan enerji mənbələrindən istifadənin təşviqi sektorlarında 65 mindən çox tranzaksiya həyata keçirilib".

Beynəlxalq İslam Ticarəti Korporasiyasının baş direktoru Ədib əl-Aama bu qurumun fəaliyyətə başladığı 2008'-vi ildən bu yana İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrdə müxtəlif layihələrin maliyyələşdirilməsinə 83 milyard dollar vəsait yatırılıb:

"Onların 19 milyardı həmin ölkələrdə kiçik və orta sahibkarlıq subyektlərinin rəqabət qabiliyyətinin artırılmasına yönəlib. Əsas məqsəd isə bu qəbildən olan şirkətlərin regional və beynəlxalq bazarlara çıxışının təmin olunması məqsədilə onlara maliyyə və texniki dəstəyin göstərilməsidir".

Tədbir digər çıxışlarla davam etdirilib.


скачать dle 11.3
Mojo.az Banner