Mojo.az Banner
23:00 700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO  |     22:54 NASA Marsda aşkarlanan həyat izlərini Yerə çatdıra bilmir: Səbəb nədir?  |     22:46 Ceyhun Bayramov və Maqdalena Qrono regiondakı vəziyyəti müzakirə etdilər  |     22:41 “Mançester Yunayted” və “Sabah”ın start heyətləri açıqlandı  |     22:33 Özbəkistan əlifbasını dəyişdi  |     22:28 Londonda kütləvi bıçaqlanma oldu - Yaralılar var  |     22:22 Təmir səbəbindən bu yolda sıxlıq yarandı - VİDEO  |     22:14 Şirvanda ata oğlunun toyunda həbs edildi  |     22:08 AYNA müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır  |     22:03 Rusiyada azərbaycanlıya beşillik qadağa: Ölkədən çıxarıldı  |     21:56 Leyla Əliyeva Madriddə xüsusi qayğıya ehtiyacı olan uşaqların məktəbini ziyarət edib - FOTO  |     21:49 Azərbaycana ən çox ət bu ölkələrdən gətirilir - RƏSMİ  |     21:43 Gecə restoranın mətbəxinə girdi, samovar və kilolarla ət apardı  |     21:36 Mərkəzi Bank niyə əlavə dollar alır?  |     21:31 Dünya sürətlənib: Saatlardan ilk dəfə bir saniyə çıxarıla bilər  |     21:22 Xalq artisti Zaur Rzayevin səhhəti ilə bağlı mühüm açıqlama  |     21:17 Xəzər üçün qorxulu proqnoz: 2050-ci ilə qədər...  |     21:11 Rusiyadan ABŞ və İrana ÇAĞIRIŞ  |     21:04 Şəmkirdə istixanada yanğın olub - VİDEO  |     20:59 Bu küçədə hərəkət məhdudlaşdırılacaq  |    
Left Banner
Right Banner

Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq

19.05.2025 20:21 489
Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
Sabah Şirvan şəhəri və Hacıqabul rayonunun bəzi ərazilərinin qaz təchizatında fasilə yaranacaq.

Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, "Ələt-Astara" dəmiryol xəttinin "Ələt-Osmanlı" hissəsinin yenidən qurulması ilə əlaqədar Şirvan şəhəri, Bayramlı qəsəbəsinin M.Ə.Sabir və H.Cavid küçələrini təbii qazla təmin edən 108 mm-lik ortatəzyiqli yerüstü qaz xəttinin yeri dəyişdiriləcək.

Bu səbəbdən, mayın 20-də saat 10:00-dan etibarən işlər başa çatanadək Bayramlı qəsəbəsi M.Ə.Sabir və H.Cavid küçələrində (522 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Bundan başqa, Hacıqabul rayonu, Navahi qəsəbəsini təbii qazla təmin edən 250 mm-lik ortatəzyiqli yeraltı qaz xəttində kipliyin sınağı ilə əlaqədar, sabah saat 10:00-dan etibarən sınaq işləri başa çatanadək Navahi qəsəbəsi, Navahi kəndi və Pirsaat qəsəbəsində (1 231 abonent) qaz təchizatı daxildən dayandırılacaq.скачать dle 11.3
Mojo.az Banner