Mojo.az — elanlar
RU
RU
Mojo.az Avto
Mojo.az Avto

Qızılın qiymətində azalma qeydə alınıb

16.05.2025 17:38 1 320
Qızılın qiymətində azalma qeydə alınıb
Dolların möhkəmlənməsi və ABŞ ilə Çin arasında ticarət gərginliyinin azalması fonunda qızılın füçersləri kəskin ucuzlaşıb.

Bu barədə interfax.ru məlumat verib.

Bakı vaxtı ilə 15:20-də "Comex" birjasında iyun ayı üçün qızılın füçersləri 1.5% ucuzlaşaraq, 1 trua unsiyası üçün 3 177 dollar təşkil edib. Bir həftə ərzində qiymətli metal təxminən 4% ucuzlaşıb.

Bu həftənin əvvəlində məlum olub ki, ABŞ və Çin idxal tariflərini 90 gün müddətinə müvəqqəti azaltmaq barədə razılığa gəliblər. Bu, qızıl da daxil olmaqla təhlükəsiz aktivlərə tələbi azaldıb və ABŞ valyutasının məzənnəsinin artmasına səbəb olub.

Son xəbərlər