Mojo.az Banner
16:12 Çin avtomobilləri ilə bağlı xəbərdarlıq - Sonradan bu problemlər ortaya çıxır  |     16:03 MİDA adından saxta müqavilələr hazırlayan qadınlar ifşa edildi - VİDEO  |     15:52 Sabunçuda avtomobildən 78 min manat oğurlayan şəxs saxlanıldı  |     15:25 DİN-dən XƏBƏRDARLIQ: "Dövlət qurumlarının adından edilən zənglərə aldanmayın"  |     15:11 Rusiya ordusu Ukraynada yaşayış məntəqəsinə nəzarəti ələ keçirib  |     14:23 Azərbaycanlı ağırlıqqaldıran dopinqə görə üç il cəzalandırılıb  |     14:22 Məhkəmələrin baxdığı inzibati xətalar haqqında işlər üzrə protokol tərtib edən vəzifəli şəxslərin siyahısına DƏYİŞİKLİK edildi  |     14:20 Azərbaycanla Qırğızıstan arasındakı memorandum təsdiq edildi - FƏRMAN  |     14:20 Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ  |     14:18 İlham Əliyev həqiqi hərbi xidmətlə bağlı SƏRƏNCAM imzaladı  |     14:18 Sentyabrın 5-dən 21-dək Perseid meteor yağışı olacaq  |     14:17 "Daşınmaz əmlakın dövlət kadastrının aparılması qaydaları" təsdiqlənib  |     14:15 Bakıda "cin çıxaran" qadın saxlanıldı: Cinayət işi açıldı  |     14:08 Bakıda 57 yaşlı kişi skuterdən yıxılıb öldü  |     14:04 "Kinoyazar" niyə bağlandı? — "Bu, Azərbaycan kinosunun inkişafına vurulan zərbədir" — SORĞU  |     13:55 TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqqıları artırılır  |     13:07 Bakıya gələn əcnəbinin ayaqqabısında patronlar tapıldı - FOTO  |     12:35 DSX avqustda dövriyyədən çıxarılan narkotik vasitələrin miqdarını açıqladı  |     12:19 Sərhəd pozuntusuna görə saxlanılanların sayı AÇIQLANDI - RƏSMİ  |     12:16 Azərbaycanda üç vəzifəli şəxsə hökm oxundu  |    
Left Banner
Right Banner

Azərbaycanda əməkhaqqının ən yüksək olduğu sahələr (SİYAHI)

16.05.2025 13:13 834
Azərbaycanda əməkhaqqının ən yüksək olduğu sahələr (SİYAHI)
2025-ci ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 10 faiz artaraq 1083.8 manat təşkil edib. Əməkhaqqı neft-qaz sektorunda 4171.8 manat, qeyri-neft-qaz sektorunda 1025.7 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqqıları 1053.1 manat, özəl müəssisələrdə isə 1115.6 manat olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2025-cü ilin I rübündə ortaaylıq nominal əməkhaqqının ən yüksək olduğu sahə mədənçıxarma sənayesi, ən aşağı olduğu sahə isə kənd təsərrüfatı, meşəçilik və balıqçılıq olub.

Hesabat dövründə mədənçıxarma sənayesində muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı 3961.2 manat olub. Bu göstərici dövlət sektorunda 2445.5 manata, özəl sektorda isə 4755.8 manata bərabər olub.

Maliyyə və sığorta sahəsində muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı isə 2630 manat olub. Bu sektorda dövlət sektorunda çalışanların maaşları 3338.8 manat, özəl sektorda isə 2473.8 manat olub.

Bu dövrdə informasiya və rabitə sahəsində muzdla çalışan işçilərin ortaaylıq nominal əməkhaqqı 1961.5 manat olub. Analoji sahədə çalışan dövlət işçilərinin ortaaylıq əməkhaqqıları 1632.4 manat, qeyri-dövlət işçilərinin ortaaylıq əməkhaqqıları isə 2209.2 manat olub.

Kənd təsərrüfatı, meşəçilik və balıqçılıq sahələrində çalışan şəxslərin ortaaylıq nominal əməkhaqqıları 674.6 manat olub. Bu sahədə fəaliyyət göstərən dövlət və özəl sektor nümayəndələrinin ortaaylıq əməkhaqqıları müvafiq olaraq 777.6 manat və 647.4 manat təşkil edib.

Digər sahələrdə fəaliyyət göstərən işçilərin 2025-ci ilin I rübündə ortaaylıq əməkhaqqıları aşağıdakı cədvəldə qeyd edilib.


скачать dle 11.3
Mojo.az Banner