Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Ukrayna baza valyuta kimi dollardan avroya keçid imkanını nəzərdən keçirir

08.05.2025 19:40 1 230
Ukrayna baza valyuta kimi dollardan avroya keçid imkanını nəzərdən keçirir
Ukrayna ABŞ dollarını qrivnanın baza valyutası kimi avro ilə əvəz etmək imkanını nəzərdən keçirir.

Bu barədə Ukrayna Milli Bankının (UMB) sədri Andriy Pışnı “Reuters”ə şərhində bildirib.

Onun sözlərinə görə, Avropa İttifaqına potensial üzvlük, “müdafiə qabiliyyətimizin təmin edilməsində Aİ-nin rolunun güclənməsi, dünya bazarlarında daha böyük volatillik və qlobal ticarətin fraqmentasiyası ehtimalı” UMB-ni avronun dollar əvəzinə Ukrayna qrivnası üçün baza valyutası olub-olmamasını yenidən nəzərdən keçirməyə məcbur edir.

O qeyd edib ki, ABŞ dolları ilə əməliyyatlar Ukraynanın valyuta bazarının bütün seqmentlərində üstünlük təşkil etməyə davam edir, lakin avroda denominə edilmiş əməliyyatların payı əksər seqmentlərdə artır, hərçənd “hələlik mülayim şəkildə”.

Avropa ilə daha sıx əlaqələr və iqtisadiyyatın normallaşması sayəsində investisiya və istehlak fəallığının canlanması növbəti iki il ərzində iqtisadi artımın bir qədər yüksələrək 3,7-3,9 %-ə çatmasına kömək edəcəyini deyən Pışnı, bununla belə, iqtisadi trayektoriyanın çox cəhətdən döyüş əməliyyatlarının inkişafından asılı olduğunu əlavə edib.

“Müharibənin tez bir zamanda başa çatması, Ukrayna üçün təhlükəsizlik zəmanətlərini əhatə edərsə, şübhəsiz ki, yaxşı iqtisadi nəticələri olan müsbət ssenari olardı. Bununla belə, müharibənin başa çatmasından iqtisadi faydaların tam reallaşdırılması üçün vaxt tələb olunacağını qəbul etmək vacibdir”, – UMB sədri vurğulayıb.скачать dle 11.3
Mojo.az Banner