Mojo.az Banner
23:01 Azərbaycanın gələn il üzrə hərbi xərcləri açıqlandı  |     22:56 27 yaşlı qadın “103”ü boş yerə məşğul etdi: polis saxladı - Video  |     22:50 Gözlənilmədən zənginləşəcək üç BÜRC  |     22:43 Turistlərin səfərdə işini asanlaşdıran 7 mobil tətbiq  |     22:38 Sabah yola çıxanların NƏZƏRİNƏ  |     22:30 179 nəfər Avropadan Azərbaycana geri qaytarılıb  |     22:22 Tələbələri təhdid edən oğlan universitetdən qovuldu  |     22:17 Manat-dollar məzənnəsi dəyişəcək? - 2027-ci il üçün PROQNOZ AÇIQLANDI  |     22:05 Əli Nağıyev Qazaxıstana səfər edib  |     21:59 Sabah Bakının iki rayonunda qaz olmayacaq  |     21:51 Moskva və Bakı münasibətləri müzakirə edildi  |     21:46 Dəyanət Liseyinin yaxınlığında nəqliyyat sıxlığı: Sakinlər şikayətçidirlər - VİDEO  |     21:40 Xankəndi İncəsənət Məktəbi fəaliyyətə başlayacaq  |     21:34 Müəllimlərin vahid geyimi: Artıq 30-dan çox məktəb qoşulub  |     21:26 Tələbələr bu kartla nəqliyyatda 10% bonus qazanacaq  |     21:21 Köhnə metro qatarları niyə dəyişdirilmir? - Səbəb açıqlandı  |     21:14 Rəfdə başqa, kassada başqa qiymət – Marketlər müştərini aldadır?  |     21:07 Taksi sürücüləri sabah imtahan verəcəklər  |     21:02 Yolu park edilmiş avtomobillər bağlayır, sürücü qoşa xətti tapdalayır – 20 Yanvarda PROBLEM  |     20:54 Dolğu ağciyər xəstəliyi yaradır? - Kosmetoloqdan XƏBƏRDARLIQ  |    
Mojo.az Avto
Mojo.az Avto

Ukrayna Dünya Bankından milyardlarla dollar aldı

28.11.2024 12:14 1 416
Ukrayna Dünya Bankından milyardlarla dollar aldı
Ukrayna "PEACE in Ukraine" ("Ukraynada Sülh") investisiya layihəsi vasitəsilə Dünya Bankından təxminən 5 milyard dollar alıb.

Bu barədə Ukraynanın Baş naziri Denis Şmıqal "Telegram" kanalında məlumat verib.

"Ukrayna "PEACE" layihəsi çərçivəsində Ukrayna Dünya Bankından 4,8 milyard dollar alıb. Bu, bankın tarixində ən böyük investisiya layihəsidir ki, islahatların həyata keçirilməsi, sosial və təhsil sahələri, səhiyyə, kənd təsərrüfatı məhsulları istehsalçıları, eləcə də bərpa layihələrində dövlətimizə dəstək məqsədilə həyata keçirilir", - deyə Şmıqal qeyd edib.

Onun sözlərinə görə, 2022-ci ilin fevral ayından etibarən Dünya Bankının mexanizmləri vasitəsilə artıq 50 milyard dollara yaxın vəsait cəlb edilib.

Ukrayna Maliyyə Nazirliyinin "Telegram" kanalında qeyd etdiyi kimi, bu yardımın alınması ABŞ-nin 1,6 milyard dollar məbləğində qrantı və inkişaf üzrə digər tərəfdaşların vəsaitləri sayəsində mümkün olub. 4,8 milyard dollar kredit əsas sosial və humanitar xərclərin ödənilməsinə yönəldiləcək.скачать dle 11.3
Mojo.az Banner