Mojo.az Banner
23:01 Bakı bulvarı bu dəfə çaysevərləri bir araya gətirəcək  |     22:56 Oktyabrın 10-11-i ilə bağlı ciddi xəbərdarlıq  |     22:50 Bu bürclərin həyatı TAMAMİLƏ DƏYİŞİR - Elə şeylər olacaq ki...  |     22:45 iPhone sevənlərə PİS XƏBƏR  |     22:39 Avropa çempionatı: Qadın boksçumuz finalda  |     22:31 Ağcabədi sakini Bakıda üzərində "Makarov" tapançası ilə saxlanıldı  |     22:26 "Naxçıvan" "Sumqayıt"ı məğlub etdi  |     22:21 Tovuzda yaşayış binasını ildırım vurdu - Xəsarət alan var  |     22:12 "Flydubai" pilotu 11 sentyabr terrorunu təkrar etmək istəyib  |     22:07 Masazırda avtomobil yandı  |     21:59 İnterpol Ermənistanda əməliyyat keçirdi - Qarabağ müharibəsi ilə bağlı silahlar götürüldü  |     21:54 Qubada kişi otbiçən mişarla qadına hücum edib - Təfərrüat  |     21:46 Ramzan Kadrov qızını Çeçenistanın ən yüksək ordeni ilə təltif etdi  |     21:41 Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı  |     21:27 Naxçıvanda suyun verilişində fasilə yaranacaq  |     21:19 Süni intellekt artıq hüquqlara malikdir: Təhqir qadağan edildi  |     21:13 Super El-Nino yarım milyona yaxın insanın ölümünə səbəb ola bilər  |     21:08 AZAL-ın Moskva reysləri təxirə salındı: Təyyarələrdən biri məcburi eniş etdi  |     21:05 "Bigo Live"da qadını və ailəsini təhqir etdi -15 gün həbs olundu  |     21:00 Kafe, dərzi sexi və mağazadan oğurluq edən şəxsə hökm oxundu  |    
Mojo.az Avto
Mojo.az Avto

Sırrı Süreyyə Öndər vəfat etdi

03.05.2025 18:21 831
Sırrı Süreyyə Öndər vəfat etdi
Türkiyə Böyük Millət Məclisinin sədr müavini və DEM Partiyasının İstanbul millət vəkili Sırrı Süreyyə Öndər vəfat edib.

Qaynarinfo "Hürriyet"ə istinadən xəbər verir ki, o, ürək rahatsızlığı səbəbilə 18 gündür reanimasiyada idid. 3 may 2025-ci il tarixində çoxlu orqan çatışmazlığından həyatını itirib.

Xəstəxanadan verilən açıqlamada bildirilib ki, Sırrı Süreyyə Öndər 15 aprel 2025-ci il tarixində saat 22:41-də huşsuz vəziyyətdə, tənəffüs və ürək dayanması diaqnozu ilə təcili yardım vasitəsilə xəstəxanaya gətirilib. Həkimlər tərəfindən ona "aorta disseksiyası" diaqnozu qoyularaq təcili şəkildə Bentall əməliyyatı (aorta qapağının dəyişdirilməsi) və bir damar bypass əməliyyatı icra olunub. Əməliyyatdan sonra xəstə reanimasiya şöbəsində ECMO (ürək dəstəkləyici cihaz) və intensiv tibbi müalicə ilə sabit vəziyyətə gətirilsə də, həyati təhlükəsi artıb, nevroloji vəziyyəti ağırlaşıb və çoxlu orqan çatışmazlığı yaranıb. Nəticədə, 3 may 2025-ci il tarixində saat 16:10-da vəfat edib.

Sırrı Süreyyə Öndər 7 iyul 1962-ci ildə Adıyamanda anadan olub. Rejissor, ssenarist, aktyor, musiqi prodüseri və köşə yazarı kimi fəaliyyət göstərib. Universitetlərdə kino dərsləri verib. Öz ssenarisini yazıb rejissorluğunu etdiyi bir film, uyğunlaşdırdığı bir film və yalnız ssenarisini yazdığı bir film mövcuddur.скачать dle 11.3
Mojo.az Banner