Mojo.az Banner
SON DƏQİQƏ
11:23 Azərbaycanda çıxarışsız evlərin aqibəti necə olacaq? – AÇIQLAMA  |     11:16 Novruz bayramı günü bibisinin oğlunu öldürdü  |     23:01 Ronaldo yeni biznesə qoşulur  |     22:55 Pensiyalar bu tarixdə arta bilər  |     22:47 Marketdən su alanların nəzərinə: etiketdəki bu detallara baxın  |     22:42 Dəmir yolu ilə daşımalar artır: Məhsullar ucuzlaşacaq?  |     22:34 Azərbaycan məktəbli geyimi ilə bağlı qərarında Avropaya nümunə göstərilir  |     22:29 Reseptsiz dərman satışı ilə bağlı qanunsuzluq aşkarlanan apteklərin sayı açıqlandı  |     22:24 Kosmetoloq kürəkdəki səpgilərdən qurtulmağın yollarını açıqladı  |     22:15 Bakıda yeni söküntü başlayır: Kompensasiya veriləcək (VİDEO)  |     22:10 Sabah yollarda görünüş məsafəsi azalacaq  |     22:03 Ödənişli yollar effektlidirmi?  |     21:55 Fiziklər termonüvə enerjisinə aparan "qısa yol" tapdı  |     21:50 Azərbaycanda maaşlarla bağlı yeni proqnoz - 1300 manata çatacaq  |     21:42 Ötən gün itkin düşmüş 8 nəfər tapılıb  |     21:37 İstanbulda yağış 5 nəfərin həyatına son qoydu  |     21:30 Bazar günü hava necə olacaq?  |     21:15 İranın Hörmüz boğazı yaxınlığında partlayış səsləri eşidildi  |     20:53 Gəncədə teatrın mühafizəçisi bıçaqlandı: 15 yaşlı oğlan saxlanıldı  |     20:39 Xırdalanda bədbəxt hadisə: 20 yaşlı gənc beşinci mərtəbədən yıxılaraq öldü - Foto  |    
Mojo.az Avto
Mojo.az Avto

Bakıda marşrut avtobuslarının sayı artırılacaq

02.05.2025 15:07 690
Bakıda marşrut avtobuslarının sayı artırılacaq
"Vaxtilə ictimaiyyətin ciddi narazılığına səbəb olan avtobus zolaqları bu gün artıq paytaxtda qəbul edilmiş reallığa çevrilib. Hazırda isə oxşar proses mikromobil nəqliyyat vasitələri - velosiped və skuterlər üçün nəzərdə tutulan zolaqlarla bağlı yaşanır".

Bunu Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən "İctimai proseslər media müstəvisində" mövzusunda forum çərçivəsində "Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində" adlı panel müzakirə zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Kommunikasiya departamentinin direktoru Vəli Məmmədov deyib.

Onun sözlərinə görə, agentlik yaxın zamanda ictimai nəqliyyatın əlçatanlığını artırmaq məqsədilə avtobusların sayını da artırmağı planlaşdırır.

Taksi islahatlarına da toxunan V.Məmmədov bildirib ki, artıq prosesin birinci mərhələsi yekunlaşıb:

"Hal-hazırda taksi fəaliyyəti ilə məşğul olmaq üçün 27 minə yaxın buraxılış kartı verilmiş avtomobil var. Bu rəqəm bir il əvvəl 67 min idi. Azalma aparılan islahatların nəticəsidir", - deyə o qeyd edib.

AYNA rəsmisi əlavə edib ki, hədəf qısa məsafələr üzrə taksi asılılığını azaltmaqdır:

"Taksi xidməti o qədər ucuz idi ki, insanlar 0-3 km-lik məsafələrə belə taksi ilə gedirdilər. Bu, nə iqtisadi, nə də nəqliyyat baxımından effektiv deyil. Bu kimi məsafələrdə velosiped və skuterlər kimi alternativ mikromobil nəqliyyat növlərinin təşviqini məqsədəuyğun sayırıq".
//oxu.azскачать dle 11.3

Son xəbərlər