Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

Sosial yardım təklif edən bu səhifəyə inanmayın!

01.05.2025 22:40 699
Sosial yardım təklif edən bu səhifəyə inanmayın!
"Feysbuk sosial şəbəkəsində "Azərbaycan Sosial Yardım 2025” adlı saxta profil altında guya 3399 manat ünvanlı sosial yardım almağa kömək göstərən, əslində isə dələduzluq yolu ilə insanları aldadaraq vəsaitlərini ələ keçirmək məqsədi daşıyan səhifə təqdim edilir”.

Median.Az xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun mətbuat katibi Rəşad Mehdili paylaşım edib.

"İstifadəçiyə sosial yardım əldə etmək üçün ərizə ilə qeydiyyatdan keçmək təklif olunur.

Vətəndaşları diqqətli olmağa və həmin saxta profilli səhifəyə inanmamağa, yalan, şirnikləndirici vədlərə aldanaraq fərdi məlumatları barədə dələduzlara məlumat verməməyə çağırırıq.

Bir daha vətəndaşların diqqətinə çatdırırıq ki, aztəminatlı ailələrə ünvanlı yardım həmin ailələrin təmsilçiləri tərəfindən elektron qaydada edilmiş müraciət əsasında təyin olunur. Kiminsə müdaxiləsi və ya hər hansı bir sosial şəbəkə səhifəsinin köməyi ilə də təyinat aparılmır", - deyə Rəşad Mehdili qeyd edib.

Son xəbərlər