Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
22:15 Daşkənddə Azərbaycan-Çexiya əlaqələrinin genişləndirilməsi müzakirə edilib | 22:01 Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib | 20:28 Dayəsi tərəfindən döyülərək öldürüldüyü iddia olunan körpənin görüntüsü - Video | 20:07 Azərbaycan cüdoçuları "Böyük Dəbilqə"də iki qızıl medal qazanıb | 20:01 Zaur Rzayev vəfat etdi | 19:43 Qeyri-etik davranışlarına görə daha bir tiktoker cəzalandırıldı | 19:41 Məşq zamanı vəfat edən Rəsulun fotosu | 19:24 Əli Əsədov Gürcüstana işgüzar səfər edib | 19:21 Taksi sürücüləri üçün vacib xəbər - Tarix açıqlandı | 18:43 Ceyranbatanda məktəbdə nə baş verib? - AQTA-dan reaksiya | 18:05 Xocalıda icazəsiz at çapanlar cərimələndilər | 17:59 Azərbaycan Kubokunda 1/8 finalın bütün cütlükləri bəlli olub | 17:40 İlham Əliyev İspaniya kralına başsağlığı verdi | 17:27 Qadınların kişilərdən az maaş almasının səbəbi budur - AÇIQLAMA | 17:14 Bakıda supermarketdə 100 minlik fırıldaq - Müdir çipsilərə görə həbs edildi | 17:11 Kredit götürənlər və əmanət sahibləri diqqət! Mərkəzi Bankın qərarı nəyi dəyişəcək? | 17:07 Siyəzəndə ünvanlı sosial yardıma görə dava: Qayınata kürəkənini döydü | 17:05 Deputat: Məktəblərdə tərbiyə məsələsi arxa planda qalıb | 17:03 Ceyranbatanda məktəbdə 10 şagird zəhərləndi | 16:49 "Zapı" ilə avtoxuliqanlıq edən şəxs həbs olundu |
Mojo.az Avto
Mojo.az Avto

Keçmiş prezident Yanukoviç Ukraynada 15 il müddətinə azadlıqdan məhrum edildi

28.04.2025 14:56 1 725
Keçmiş prezident Yanukoviç Ukraynada 15 il müddətinə azadlıqdan məhrum edildi
Kiyevin Podolski Rayon Məhkəməsi keçmiş prezident Viktor Yanukoviç barəsində "dezertirliyə sövq etmək və dövlət sərhədindən qeyri-qanuni daşımaları təşkil etmək" ittihamları ilə 15 il müddətinə azadlıqdan məhrumetmə hökmü verib.

Bu barədə "Strana.ua" "Telegram" kanalı prokurorluğa istinadən məlumat yayıb.

İstintaqın məlumatına görə, Yanukoviç 2014-cü il fevralın 23-də qanunsuz olaraq Ukraynanı tərk edib, həmçinin öz ətrafından və hərbçilər arasından ən azı daha 20 nəfərin sərhədi keçərək ölkədən çıxmasını təşkil edib. Bildirildiyinə görə, onlar Rusiya Silahlı Qüvvələrinə məxsus üç helikopterlə Donetsk vilayətinin Urzuf şəhərindən Krasnodar diyarının Yeysk şəhərinə uçublar.

Bu, Ukraynada Yanukoviç barəsində çıxarılan ikinci hökmdür. 2019-cu ildə o, qiyabi olaraq vətənə xəyanətdə və "təcavüzkar müharibəyə yardım və təşviqat"da təqsirli bilinərək 13 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Keçən ilin dekabrında Avropa İttifaqı məhkəməsi Viktor Yanukoviçin və oğlu Aleksandrın Ukraynada anti-korrupsiya təqibi ilə bağlı sanksiya siyahısından çıxarılmasına qərar verib.

Son xəbərlər