Mojo.az Banner
23:01 Azərbaycanda bu şirkətlər bağlanır  |     22:54 Goranboyda iclas keçirildi - Sakinlər saat 18:30-dan etibarən...  |     22:48 Avtobuslar qət etdiyi yola görə ödəniş alacaq - Azərbaycanda yenilik  |     22:40 Məzuniyyətdən sonra işə qayıtmaq niyə çətin olur? - Psixoloq  |     22:35 Süni intellekt bu peşələri sıradan çıxara bilər - 756 iş üzrə risk dərəcələri  |     22:27 Qazaxın 4 kəndində qaz olmayacaq  |     22:22 Azərbaycanda ən çox hansı yaşda insanlar işləyir?  |     22:16 Azərbaycanın 103 yaşlı diktoru dünyasını dəyişdi  |     22:10 Şəkidə fərdi yaşayış evi yandı  |     22:02 Türkiyə klubunun 24 xalı silindi - FİFA-dan sərt cəza  |     21:56 MİDA-nın adından dələduzluq edən tanınmış həkim imiş  |     21:50 Kustar üsulla hazırlanan “arıqlama çayları” aşkarlanıb - VİDEO  |     21:41 Tiktokda nalayiq paylaşımlar edən şəxs həbs olundu  |     21:33 Məşhur qorxu filminin ssenaristi Viktor Miller vəfat edib  |     21:29 Trampdan Hörmüz boğazı ilə bağlı GÖZLƏNİLMƏZ TƏKLİF  |     21:22 Göyçə gölünün səviyyəsi 64 ilin ən yüksək göstəricisinə çatıb  |     21:17 Ən güclü “Android” telefonları BUNLARDIR  |     21:10 Məktəbə ilk dəfə başlayan uşaqlar: Onlarla necə rəftar edilməlidir?  |     21:02 Bu pul sizə qaytarılmaya bilər - Məhkəmədən QƏRAR  |     20:54 Bakıda sürücü sərnişinlərə küsdü, avtobusu sürməkdən imtina etdi - VİDEO  |    
Left Banner
Right Banner

İran və Rusiya Azərbaycan ərazisindən qaz nəqlinə dair razılıq əldə ediblər - VİDEO

25.04.2025 18:42 2 469
İran və Rusiya Azərbaycan ərazisindən qaz nəqlinə dair razılıq əldə ediblər - VİDEO
İran və Rusiya Azərbaycan ərazisindən qaz nəqlinə dair razılıq əldə edib.

"Azad İran" Telegram kanalının məlumatına görə, bu barədə Moskvaya səfəri zamanı İranın neft naziri Möhsün Paknejad açıqlama verib.

Nazir Rusiyadan İrana qaz nəqli ilə bağlı suala cavabında bildirib ki, daha əvvəl bu məqsədlə illik 55 milyard kubmetr qazın idxalı üçün Anlaşma Memorandumu imzalanıb.

Paknejad qeyd edib ki, qazın daşınması üçün nəqliyyat marşrutlarının öyrənilməsi aparılıb və Azərbaycan ərazisindən keçən quru yolunun istifadəsi barədə razılıq əldə olunub.

O, Rusiya qazının Astara bölgəsi vasitəsilə İrana çatdırılacağını vurğulayıb.

"Rusiya ilə Azərbaycan arasında koordinasiya prosesi davam edir və bu planın ikinci mərhələsi gələcəkdə yekunlaşdırılacaq", - deyə nazir əlavə edib.скачать dle 11.3



Mojo.az Banner