Mojo.az Banner
20:46 Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?  |     20:22 Turizm səfərləri təşkil etmək adı ilə vətəndaşları aldadan şəxs həbs edilib  |     20:20 Məşhur türkiyəli aktyor evində ölü tapıldı  |     20:02 Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"  |     20:00 Azərbaycanda müəllim vəfat etdi  |     19:35 Rusiyada həbsdə olan vəkil Elman Paşayev pensiyasının bərpası üçün iddia qaldırıb  |     19:16 Türkiyədə 10 nəfəri öldürən şagirdin anası yenidən həbs edilib  |     18:48 Gəmi qəzasının 15 qurbanının axtarışı davam edir  |     18:40 Şuşada xidmət etmiş hərbçidən REAKSİYA: "O qayalarda artıq qanla yazılmış bir tarix var"  |     18:37 Naxçıvan şəhərində su təchizatında fasilə yaranacaq  |     18:37 Yunanıstanda qırıcı təyyarə qəzaya uğradı  |     18:11 Narkotikin təsiri altında maşın sürən şəxs həbs olundu  |     17:56 Həkimlər bu 5 gigiyena məhsulunu dərhal atmağı məsləhət görür  |     17:39 Neymar ciddi zədə aldı, klubu açıqlama yaydı  |     17:33 Hava ilə bağlı XƏBƏRDARLIQ: Külək güclənəcək  |     17:32 Ukraynaya hücumlar dayandırıldı: Putindən orduya tapşırıq  |     17:20 Bu məktəblərin fəaliyyəti dayandırılacaq  |     17:13 Tələbə yataqxanalarında vəziyyət necədir? - Qiymətlər, yerlər və güzəştlər  |     17:08 Azərbaycanda yeni universitetin yaradılması təklif olunur  |     17:01 Alimlər narahatdır: Çirkli buz buzlaqların əriməsini sürətləndirə bilər  |    
Left Banner
Right Banner

Çin altı “Shiyan-27” peykini uğurla orbitə çıxarıb

19.04.2025 19:33 1 248
Çin altı “Shiyan-27” peykini uğurla orbitə çıxarıb
Çin altı “Shiyan-27” peykini uğurla orbitə çıxarıb.

Bu barədə Çin Aerokosmik Elm və Texnologiya Korporasiyası (CASC) məlumat yayıb.

Buraxılış Pekin vaxtı ilə saat 06:51-də (Bakı vaxtı ilə 02:51) Tayyuan kosmodromundan (Şansi əyalətinin şimalı) “CZ-6A” ilə həyata keçirilib. Bu, “Çançjen” seriyalı raketin 570-ci buraxılışıdır.

Korporasiyanın məlumatına görə, orbitə buraxılan kosmik gəmi ilk növbədə kosmik mühitin öyrənilməsi və müvafiq texnoloji təcrübələrin aparılması üçün istifadə olunacaq. Modifikasiya edilmiş iki mərhələli “CZ-6A” 50 m uzunluğundadır və ekoloji cəhətdən təmiz yanacaqla - kerosin və maye oksigen qarışığı ilə işləyir.

Raket Şanxay Kosmik Uçuş Texnologiyaları Akademiyası tərəfindən CASC ilə birgə hazırlanıb, dörd bərk yanacaq gücləndiricisi ilə təchiz olunub və orbitə (500 km) təxminən 6,5 ton faydalı yük çıxarmaq qabiliyyətinə malikdir.скачать dle 11.3
Mojo.az Banner