Mojo.az Banner
SON DƏQİQƏ
22:43 Azərbaycanın iki boksçusu dünya çempionatına qələbə ilə start verdi  |     22:33 İşaxtaranlar niyə iş tapmaqda çətinlik çəkirlər? - "Hamı hazır kadr əldə etmək istəyir" - Video  |     21:39 Ötən ay 52 nəfər Azərbaycana readmissiya edilib  |     21:25 Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb - SƏBƏBLƏR  |     21:16 Rusiya ordusu bu yerləri ələ keçirdi - Putinə məruzə edildi  |     21:03 Bakıda 218 nömrəli yeni marşrut xətti istifadəyə verilir  |     20:50 Minimum əməkhaqqı artacaq? - Video  |     20:33 Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistanda saxlanılan Nəsimi Musayevlə bağlı açıqlama verib  |     20:25 Prezidentin sosial şəbəkə hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb  |     20:03 Türk dünyasından Azərbaycana növbəti dəstək  |     19:45 Bakı-Quba yolunda yük maşını aşdı, sürücü öldü  |     19:34 Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi  |     19:33 Prezident İlham Əliyev yubiley münasibətilə paralimpiya hərəkatının iştirakçılarını təbrik edib  |     19:21 Əhmədlidən Hövsan və Türkana yeni marşrut açılır  |     19:13 Binəqədi şosesində nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq ediləcək  |     19:10 Navai pul qarşılığında azadlığa çıxa bilər: Tələb olunan məbləğ açıqlandı  |     18:57 Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı  |     18:48 Ramiz Mehdiyev YAP-dan da çıxarıldı  |     18:40 160 milyonluq yeyinti işində yeni qərar: Polkovnik azadlıqda  |     18:39 Azərbaycanda ikinci kurs tələbəsi vəfat etdi  |    
Mojo.az Avto
Mojo.az Avto

Gürcüstanda enerji böhranı: Azərbaycan dərhal hərəkətə keçdi

19.04.2025 19:22 735
Gürcüstanda enerji böhranı: Azərbaycan dərhal hərəkətə keçdi
Azərbaycan Gürcüstanda elektrik xətti qəzasından sonra qonşu ölkənin təcili müraciətinə cavab olaraq dərhal Gürcüstana 380-400 MVt elektrik enerjisi ötürüb.

Median.Az
xəbər verir ki, bu barədə "Report"a "Azərenerji" ASC-nin mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev məlumat verib.

Qeyd edək ki, aprelin 19-da "Kavkasioni" elektrik xəttində baş vermiş qəza nəticəsində Gürcüstanda elektrik enerjisinin kütləvi şəkildə kəsilməsi baş verib. Tbilisidə və bir sıra digər bölgələrdə elektrik enerjisi kəsilib. Hadisənin səbəbləri hələlik açıqlanmayıb.

"Azərenerji" dərhal Gürcüstanın Dövlət Elektrik Sistemi ilə paralel işi bərpa edib", - T.Abdullayev qeyd edib.

Gürcüstanın enerji operatorunun məlumatına görə, ölkədə elektrik enerjisinin verilməsi tədricən bərpa olunur. Tbilisinin bir çox ərazilərində artıq təchizat bərpa edilib.

Bu, artıq Gürcüstanda son bir ayda ikinci irimiqyaslı elektrik kəsintisidir. Birinci hal aprelin 9-na keçən gecə baş verib.

Qeyd edək ki, 2024-cü ildə Azərbaycan Gürcüstana 58 milyon 306.41 min ABŞ dolları (2.1 dəfə azalma) dəyərində 1 milyard 137 milyon 880.09 min kilovat/saat elektrik enerjisi tədarük edib. Hesabat dövründə Azərbaycandan ümumi enerji axınının həcmində Gürcüstan 64.9% paya malik olub. 2025-ci ilin yanvar-fevral aylarında Azərbaycandan Gürcüstana 15 milyon 593.61 min ABŞ dolları dəyərində 273 milyon 572.1 min kilovat/saat elektrik enerjisi tədarük edilib.скачать dle 11.3

Son xəbərlər