Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
13:42 Aygün Kazımova Eminemlə duet oxuyacaq? - FOTO | 13:36 Gəncədə yeniyetmə binanın beşinci mərtəbəsindən yıxılıb | 13:35 Sabah yağış yağacaq, külək əsəcək | 13:27 Bakıda gənc oğlan dəniz kənarında qayalıqdan yıxılaraq köməksiz qalıb - Video | 13:23 Paşinyan Türkiyəni seçdi - KTMT sammitinə getməyəcək | 13:10 Azərbaycan millisinin dünya reytinqində yeri məlum oldu | 13:09 Tbilisidə Heydər Əliyevin büstünə ziyan vurmaqda ittiham olunan erməniəsilli şəxsin məhkəməsi təxirə salınıb | 13:07 Azərbaycan nefti kəskin ucuzlaşdı | 12:52 İlham Əliyev: "Türkiyə-Azərbaycan birliyi əbədidir" - VİDEO | 12:50 XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib - FOTO | 12:36 "TikTok"la bağlı qalmaqal böyüyür: 26 mindən çox şübhəli hesab üzə çıxarıldı | 12:27 Sumqayıtda peşə məktəbi sökülərək yerində yaşayış binası tikiləcək? - Video | 12:18 Röya Ayxanın adından dələduzluq - FOTO | 12:13 İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video | 12:10 Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü | 12:04 Azərbaycan Prezidenti polşalı həmkarına məktub göndərdi | 11:50 İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verdi | 11:44 Azərbaycana 33 sm qar yağıb - Faktiki hava | 11:31 Azərbaycanda bəzi məktəblərdə yeddi gün dərs olmayacaq | 11:24 Zamin duranlar və nisyə mal satanlar üçün yeni tələb |
Mojo.az Avto
Mojo.az Avto

Azərbaycan və Türkiyə HDQ arasında protokol imzalanıb

17.04.2025 22:59 1 140
Azərbaycan və Türkiyə HDQ arasında protokol imzalanıb
Azərbaycan Hərbi Dəniz Qüvvələrinin (HDQ) nümayəndə heyəti, Hərbi Dəniz Qüvvələri komandanının birinci müavini - qərargah rəisi 1-ci dərəcəli kapitan Teymur Mürşüdovun rəhbərliyi ilə “Azərbaycan–Türkiyə HDQ arasında 10-cu Qərargah danışıqları”nda iştirak məqsədilə Ankara şəhərinə səfər edib.
 
Müdafiə Nazirliyindən Sfera.az-a verilən mıəlumata görə, səfərin əvvəlində nümayəndə heyəti Ankara şəhərində yerləşən Heydər Əliyev parkını ziyarət edərək Ümummilli Liderin abidəsi önünə gül dəstələri qoyub, onun əziz xatirəsini dərin ehtiramla yad edib. Daha sonra nümayəndə heyəti Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət edib.
 
Səfər çərçivəsində iki qardaş ölkənin HDQ arasında əməkdaşlıq məsələləri müzakirə olunub, qarşılıqlı təcrübə mübadiləsinin əhəmiyyəti vurğulanıb və müxtəlif sahələr üzrə ətraflı fikir mübadiləsi aparılıb.
 
Toplantının yekununda Azərbaycan və Türkiyə HDQ arasında əməkdaşlığın inkişafına dair birgə razılaşmanı əks etdirən protokol imzalanıb.

Son xəbərlər