Mojo.az — elanlar
Son Xəbərlər
23:02 Qışda qaz pulu çox gələnlərə güzəşt ediləcək? - Rayonlara görə...  |     22:57 “Cəfər Cabbarlı” ilə “Nizami”ni birləşdirən tunel nə vaxt hazır olacaq?  |     22:50 "Green Card" lotereyası ilə bağlı yeni qərar – Qeydiyyatın tarixi bəlli oldu  |     22:45 Dəyəri ən çox artan ərzaq məhsulları - ADLAR  |     22:38 5 bürc üçün uğurlu dövr başlayır  |     22:30 Putindən müharibənin bitməsi ilə bağlı anons  |     22:25 Saçlarınız topa-topa tökülür? - Təhlükəli əlamətlər açıqlandı  |     22:20 Ağsuda bələdiyyəyə məxsus 12 800 manatlıq boruları oğurlayan şəxs cəzalandırıldı  |     22:12 Türkiyəyə gedən Oğuz sakini cəzasını çəkməkdən yayınır  |     22:07 Ekspertlər: 2027-ci ildə uşaqpulu məsələsi gündəmdə deyil  |     22:00 "Kolxoz bazarı"nda toyuq alverçiləri arasında dava düşdü  |     21:53 Yerin nüvəsindən milyardlarla ildir hidrogen sıza bilər  |     21:48 "20 Sentyabr" stansiyası bu tarixdə istifadəyə veriləcək  |     21:41 Bakıda qanunsuz gözəllik salonu tikmək istəyən şəxs məhkəməlik oldu  |     21:34 Qafqazda 2100 illik döyüşçü məzarı aşkarlandı - Ağzından qızıl sikkə tapıldı  |     21:26 70 yaşdan sonra D vitamini qəbulunda təhlükəli səhv - Dozanı aşmayın  |     21:21 Azərbaycanda internet bahalaşdı - Qiymətlər  |     21:14 Şərurda anbarda faciə - Bir qadın öldü, biri xəsarət aldı  |     21:08 Şeremetyevoda 100-dən çox reys ləğv edildi  |     21:00 Qazaxda TIR yandı  |    
Mojo.az Avto
Mojo.az Avto

AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş

12.04.2025 22:14 693
AYNA müdirləri üçün təzə kreslolar alır - “Embawood”a 100 minlik sifariş
“Embawood” MMC Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) elan etdiyi tenderin qalibi seçilib.

Valyuta.Az xəbər verir ki, AYNA ilə MMC arasında 104.181,02 AZN-lik müqavilə imzalanıb.

İmzalanan müqaviləyə əsasən, AYNA “Embawood”dan müdir masası, müdir kreslosu, müdir otaqları üçün istirahət dəsti, sənəd və printer dolabı, jalüzlər və s. alacaq.

Qeyd edək ki, “Embawood” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Həmin vaxtı şirkətin qanuni təmsilçisi Milli Məclisin VI, VII çağırış deputatı Məmmədov Məşhur Şahbaz oğlu olub.

Həmçinin qeyd edək ki, o, 1996-1999-cu illərdə «Mədinə» mebel şirkətinin direktoru, 1999–2002-ci illərdə «EBME» şirkətinin direktoru, 2002–2009-cu illərdə «Embawood» MMC-nin direktoru, 2009–2011-ci illərdə «Embawood İnşaat» MMC-nin direktoru, 2011–2014-cü illərdə «Embawood» MMC-nin baş direktorunun birinci müavini, 2014–2020-ci illərdə «Progress Construction» MMC-nin direktoru vəzifələrində çalışıb.

Dövlət satınalamaların vahid internet prtalındakı məlumatlara əsasən, «Embawood» MMC 2019-cu ildən bəri Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsi, Əmlak Məsələləri Dövlət Komitəsi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyəti, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti, Ədliyyə Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 10 saylı Zaqatala Ərazi İdarəsi, Xarici İşlər Nazirliyi, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Gəncə Apelyasiya Məhkəməsi, Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmət, İqtisadi Elmi Tədqiqat İnstitutu və Gəncə Şəhər Birləşmiş Xəstəxanası tərəfindən elan edilən tenderlərin qalibi seçilib.

Əlavə edək ki, 3750 manat nizamnamə kapitalına malik şirkətin hazırki qanuni təmsilçisi Abbasov Elşad İnşalla oğludur.

Son xəbərlər