Mojo.az Banner
21:31 Rusiya dizel yanacağının ixracına qadağa qoydu  |     21:20 Azərbaycanda qeyri-adi təbiət hadisəsi - VİDEO  |     21:11 "Qarabağ"ın heyətində dəyişiklik gözlənilir? - Baş məşqçidən açıqlama  |     21:04 DÇ-2026: Argentina - Misir oyununun hakimi barədə qərar verildi  |     20:56 “Aeroflot” təyyarəsi müəmmalı şəkildə yoxa çıxdı  |     20:50 Akademik Əjdər Məcidov vəfat etdi  |     20:43 Elvin sabahkı matçda oynayacaq? - Açıqlama  |     20:38 İranda liman vuruldu, yaralılar var  |     20:36 Bakı-Balakən qatarının hərəkəti dəyişir  |     20:30 Almaniyada gimnaziyada atışma - azı dörd nəfər yaralanıb Almaniyada gimnaziyada atışma - azı dörd nəfər yaralanıb  |     20:21 "Zirə" - "Torpedo Kutaisi": Komandaların start heyətləri açıqlandı  |     20:13 Tramp: Ukraynanın Rusiyanın dərinliklərinə zərbələri müharibəni sona çatdıra bilər  |     20:06 Papuaşvili ATƏT PA-nı Gürcüstana qarşı ədalətsizlikdə ittiham etdi  |     20:00 Azərbaycanda yaşamaq istəyən əcnəbilərin sayı açıqlandı - RƏSMİ  |     19:52 Rusiyada benzin davası - Yanacaq böhranı dərinləşir  |     19:45 İran şahının azərbaycanlı arvadı müraciət yaydı  |     19:39 Ramana qalasının yaxınlığındakı tullantılar qaz boruları üçün risk yaradır - VİDEO  |     19:33 Məktəbəhazırlıq qruplarına qeydiyyat başlayır: Tarixlər AÇIQLANDI  |     19:25 Braziliya Karlo Ançelotti ilə bağlı qərar verdi  |     19:18 Güclü yağış fəsad törətdi: FHN Zaqatala, Balakən və Ağstafaya cəlb olundu  |    
Left Banner
Right Banner

Leyla Əliyevanın təşəbbüsü ilə Nizami Kino Mərkəzində sənədli film nümayiş olunub

10.04.2025 13:08 981
Leyla Əliyevanın təşəbbüsü ilə Nizami Kino Mərkəzində sənədli film nümayiş olunub
Aprelin 9-da Nizami Kino Mərkəzində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə "İndi al! Müştəriyə tələ" sənədli filmi nümayiş olunub.

Bu barədə IDEA İctimai Birliyi məlumat yayıb.

Bildirilib ki, tədbirin açılışında nümayişə qatılan 400-ə yaxın gəncə məsuliyyətli istehlakın əhəmiyyəti, mövcud istehlak mədəniyyətinin ətraf mühitə uzunmüddətli təsirləri, eləcə də gənclərin ekoloji davamlılığa töhfə vermələri üçün gündəlik həyatlarında necə daha məsuliyyətli ola biləcəkləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, ekoloji maarifləndirmə və hər bir fərdin istehlak vərdişlərində edəcəyi dəyişikliklər bu sahədə davamlı inkişafa yol aça bilər və gənclər bu prosesin aparıcı qüvvəsinə çevrilməlidir. Bu xüsusda, IDEA tərəfindən həyata keçirilən tədbir və layihələrin ekoloji düşüncə tərzinin formalaşdırılması, gənclərin maarifləndirilməsi, eləcə də sağlam və dayanıqlı həyat tərzinin təşviqi baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb.

Daha sonra sənədli film nümayiş olunub.

Qeyd edək ki, "İndi al! Müştəriyə tələ" sənədli filmi Böyük Britaniyanın "Grain Media" şirkəti tərəfindən istehsal olunub. Rejissor Nik Steysinin ekranlaşdırdığı sənədli filmdə aparıcı beynəlxalq korporasiyalar və elektron ticarət platformaları tərəfindən tətbiq olunan marketinq strategiyaları, müasir istehlak vərdişlərinin ətraf mühitə mənfi təsiri və sözügedən problemin aradan qaldırılması yolları barədə bəhs edilir. Bir sıra qlobal şirkətlərdə müxtəlif rəhbər vəzifələrdə çalışmış şəxslərlə aparılan müsahibələr, müvafiq statistik məlumatlar və nümunələr vasitəsilə bu tendensiyaların doğurduğu risklər filmdə ətraflı işıqlandırılıb.

IDEA İctimai Birliyi hər kəsi gündəlik həyatında məsuliyyətli istehlak vərdişlərini formalaşdırmağa, eləcə də daha yaşıl və dayanıqlı gələcək naminə birgə addımlar atmağa çağırır.
скачать dle 11.3
Mojo.az Banner