Mojo.az — elanlar
RU
RU
Son Xəbərlər
23:14 Anasının üzərinə benzin töküb yandırmışdı - 22 yaşlı gəncə hökm oxundu  |     22:50 Türkiyədə bələdiyyə məclisinin üzvü mübahisə zamanı öldürüldü  |     22:23 Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - Foto  |     22:05 55 nömrəli marşrut üzrə avtobuslar nə vaxt yenilənəcək?  |     22:03 Leyla Əliyeva Şamaxıda sosial tikiş müəssisəsinin fəaliyyəti ilə tanış olub - Foto  |     21:43 Bakı Xəzər-Qara dəniz regionu üzrə AAPG beynəlxalq neft-qaz konfransına ev sahibliyi edəcək  |     21:41 Yağların bahalaşmasının səbəbi məlum oldu: İdxal və istehsal amili  |     21:32 Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək  |     21:20 Pyerluici Kollina da Bakıya gəldi - Video  |     20:59 Nazirlər Kabineti hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarını təsdiqləyib  |     20:44 Ərdoğan: "Türk dövlətləri ilə birliyimizi pozmaq istəyənlərin qarşısında birlikdə dayanacağıq"  |     20:29 "Avrasiya" Hospitalının sahibi məhkəməlik oldu: Əmlaklarına həbs qoyuldu  |     20:09 FİFA U-15: Azərbaycan millisi Haiti yığmasına məğlub oldu  |     20:00 Keçmiş icra başçısı vəfat etdi  |     19:52 Prezidentin sosial media hesablarında Şeyxa Əl Nuveysi qəbul etməsinə dair videoçarx paylaşılıb  |     19:16 Nihat Məmmədli dünya çempionatının finalına yüksəldi  |     18:55 Prezident İlham Əliyev Dünya Turizm Təşkilatının baş katibini qəbul edib - Foto  |     18:37 Bakının bu rayonunda 8 bina söküləcək - 4 min AZN kompensasiya...  |     18:18 Benzin və dizellə işləyən maşınlar ucuzlaşacaq?  |     18:01 Ermənistanda məhbus məhkəmə binasından qaçdı  |    
Mojo.az Avto
Mojo.az Avto

Marsda həyat izləri aşkarlandı: Alim qədim sivilizasiyanın mümkünlüyünə inanır

08.04.2025 22:05 606
Marsda həyat izləri aşkarlandı: Alim qədim sivilizasiyanın mümkünlüyünə inanır
Marsın səthində qədim sivilizasiyanın mövcudluğuna dair qeyri-adi əlamətlər müşahidə edilib.

"Daily Mail" nəşrinin yazdığına görə, bu nəticəyə ABŞ-da yerləşən "Sidoniya İnstitutu"nun qurucusu və baş tədqiqatçısı Corc C. Haas gəlib.

Alim yeni nəşr etdiyi "Marsın böyük memarları" adlı kitabında planetin səthində insan əli ilə yaradıldığına inandığı onlarla quruluşu təhlil edib.

Haasın diqqətini cəlb edən əsas obyektlərdən biri "Liviya dağları" adlanan bölgədə yerləşən və "Qala açarı" adlandırılan strukturdur. Bu relyef forması kəsik konus və ona bitişik dairəvi günbəzdən ibarətdir. Birlikdə isə onlar nəhəng nida işarəsinə bənzəyir.

2016-cı ildə bu strukturu tədqiq edən Haas və həmkarları "Journal of Space Exploration" jurnalında dərc etdikləri məqalədə onun simmetriyasının süni mənşəli ola biləcəyini irəli sürüblər. Haas bildirib: "Bu strukturu ağıllı canlılar yaratmamış olsaydı, belə mürəkkəb formanın təbii yolla yaranması izah edilə bilməzdi".

2002-ci ildə müstəqil tədqiqatçı Vilmer Faust Marsın "Arqir düzənliyi" adlı bölgəsində yerləşən nəhəng meteorit kraterinin fotosunda maraqlı forma müşahidə edib. O, bu şəkli Haas və komandasına təqdim edib. Haas isə ilk baxışdan burada "tutuquşuya bənzər bir forma" gördüyünü deyib.

Tədqiqatçının fikrincə, bu strukturda 22 anatomik cəhətdən uyğun nöqtə mövcuddur. Haas onu "heykəl”, "sənət əsəri” adlandıraraq insan beyninin tanış formaları qeyri-müəyyən siluetlərdə tanımaq xüsusiyyətinə diqqət çəkib.

1972-ci ildə NASA-nın "Mariner-9" aparatının çəkdiyi şəkillərdə "Elysium" bölgəsində qeyri-adi üçbucaqlı piramidal strukturlar müşahidə olunub. Bu formalar ətrafdakı vulkanik konuslardan və kraterlərdən seçilir.

Məşhur astronom Karl Saqan vaxtilə bu formaların külək və qum təsiri ilə yaranmış ola biləcəyini demişdi. Lakin o, onların təbiətini müəyyən etmək üçün yerində tədqiqat aparılmasını vacib sayır.

Haas isə bu piramidaların süni ola biləcəyini istisna etmir. Onun sözlərinə görə, təbii piramidalar adətən konus formasında olur və bərabərölçülü kənarları olmur.

Marsın cənub yarımkürəsində yerləşən "Atlantida xaosu" adlı bölgə bloklu və dik yamaclı təpələr, dərələrlə xarakterizə olunur. Avropa Kosmik Agentliyi (ESA) buradakı relyefin vaxtilə mövcud olmuş möhkəm səthin uzunmüddətli eroziyası nəticəsində yarandığını bildirir.

2019-cu ildə SETI (Xarici Ağıllı Həyat Axtarışları) cəmiyyətindən alim Qreq Orm bu bölgədə "hüceyrəvari strukturlar" aşkar edib. Daha sonra tədqiqatçı Caved Raza bu strukturların bir-biri ilə əlaqəli olduğunu və onların qədim şəhər kompleksini xatırlatdığını bildirib. Haas isə bu müşahidənin də qədim sivilizasiya izlərinə dair dəlil ola biləcəyini düşünür.

Haas ESA tərəfindən çəkilmiş "Nepentes Mensae" bölgəsindəki şəkilləri analiz edərkən ulduz formasında maraqlı bir relyef müşahidə edib. Onun fikrincə, bu formanın beş "şüası" var və nəhəng dəniz ulduzunu xatırladır. Relyefin şimal nöqtəsində böyük, mərkəzində isə üç kiçik təpə yerləşir.

Alim bu strukturda xüsusi enerji hiss etdiyini və onu "Ulduz partlayışı" adlandırdığını bildirib. O, bu formanın Avropada XVI–XVII əsrlərdə istifadə olunan üçbucaq bastionlu "ulduz qalaları"na bənzədiyini deyib.
//qaynar.az

Son xəbərlər